ŞŞ

Turizm bələdçisi (Turizmin inkişafı şöbəsi)

Şuşa Şəhəri Dövlət Qoruğu İdarəsi
Ə/h razılaşma ilə
911
Tam iş günü
Şuşa, Azərbaycan
07/11/2025 - 07/12/2025

İş haqqında məlumat

  • Şuşanın coğrafiya, tarix, mədəniyyət və turizm potensialına dair məlumatların araşdırılmasında şöbəyə köməklik göstərmək; 
  • Ərazidə qonaqların qarşılanması, müşayiət olunması və məlumatlandırılmasını təmin etmək;
  • Qonaqları tur marşrutu üzrə təhlükəsizlik qaydaları ilə tanış etmək və onlara riayət olunmasını təmin etmək;
  • Maşrutların və xarici dildə (ingilis və ya rus) marşrut mətnlərinin hazırlanmasında iştirak etmək, tur maşrutların testdən keçirilməsində digər mütəxəssislərlə birgə işləmək;
  • Gündəlik və aylıq inzibati işləri, tapşırıqları vaxtında icra etmək, arayışların yazılmasını, onların rəhbərliyə ötürülməsini təmin etmək;  
  • Birbaşa rəhbərinin göstərişi ilə idarənin müxtəlif layihələrində iştirak etmək, turizm tədbirlərinin təşkilinə və təbliğinə dəstək olmaq;
  • Vəzifə öhdəliyindən irəli gələn digər tapşırıqları icra etmək.

Qeyd: Bələdçi pozisiyası üçün Şuşa qeydiyyatlı namizədlərə üstünlük verilir.

Maraqlanan namizədlər öz CV-lərini Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərə bilərlər.

Tələblər

  • Ali və ya orta ixtisas təhsili;
  • Turizm və ya xidmət sahəsində müəyyən iş təcrübəsi ;
  • Rus dili biliyi C1-C2 səviyyədə .