hrin.az
Reklam

Turizm meneceri

Owl Tourism

Əmək haqqı: 700 ₼ və üzəri

57620 noyabr 2026
Təcrübə1-3 il
İş qrafikiTam iş günü
ŞəhərBakı
CinsFərq etməz
YaşYaş fərqi yoxdur
Kompüter bilikləriOrta
TəhsilTam orta
Azərbaycan diliYaxşı
Rus diliYaxşı
İngilis diliYaxşı

İş haqqında

Vakansiya: Aviabilet və Tur Satışları üzrə Mütəxəssis

2013-cü ildən fəaliyyət göstərən IATA akkreditasiyalı agentliyimiz komandasına yeni əməkdaş axtarır.

Vəzifə öhdəlikləri:

  • Aviabiletlər və turlar üzrə daxil olan bütün sorğuların müştəriləri məmnun edəcək səviyyədə, dəqiq və vaxtında icra edilməsi;
  • Hər bir sorğu üzrə həm müştərinin, həm də şirkətin maraqlarına uyğun ən optimal variantların təklif edilməsi;
  • Gündəlik satış hesabatlarının hazırlanması və məlumatların müvafiq bazalara düzgün şəkildə daxil edilməsi;
  • Vəzifə öhdəliklərinin və rəhbərlik tərəfindən verilən tapşırıqların vaxtında və dəqiq yerinə yetirilməsi.

Namizədə tələblər:

  • Rus və ya ingilis dillərindən ən azı birini bilmək;
  • Minimum 2 il müvafiq sahədə iş təcrübəsi arzuolunandır;
  • Galileo və ya Sabre sistemlərində işləmək bacarığı;
  • Satış göstəricilərini və hesabatları izləmək bacarığı;
  • Tur və otel rezervasiya sistemlərində işləmək bacarığı arzuolunandır;
  • Məsuliyyətli, diqqətli və müştəriyönümlü olmaq.

İş şəraiti:

  • Əmək haqqı: Təcrübəli namizədlər üçün 700 AZN + satışdan 10–15% bonus;
  • İş qrafiki:
    • Bazar ertəsi – cümə: 10:00–19:00;
    • Şənbə: Qısa iş günü;
    • Bazar: İstirahət günü.

Əlavə məlumat:

Bu sahədə öyrənmək və təcrübə qazanmaq istəyən namizədlər də müraciət edə bilərlər. CV və müsahibə əsasında təcrübə müddətinə qəbul mümkündür. Sınaq müddətini uğurla başa vuran namizədlərlə əməkdaşlıq davam etdiriləcəkdir.

Reklam