Webidea

UI/UX Dizayner

Webidea
Ə/h razılaşma ilə
1512
Tam iş günü
Bakı, Azərbaycan
18/02/2026 - 04/03/2026

İş haqqında məlumat

Biz sürətlə böyüyən idman zalı idarəetmə və fitness tracking SaaS platforması üzərində çalışırıq. Mövcud mobil və veb tətbiqlərimiz üçün uzunmüddətli əməkdaşlıq üçün istedadlı UI/UX dizayner axtarırıq.

  • Mövcud mobil və veb tətbiq dizaynlarımızı təkmilləşdirmək və inkişaf etdirmək;
  • Yeni funksiyalar və istifadəçi axınlarını sıfırdan dizayn etmək;
  • Konversiyaya yönəlmiş landing page-lər yaratmaq;
  • Mobile-first, responsive və pixel-perfect dizaynlar hazırlamaq;
  • shadcn/Tailwind CSS framework ilə uyğun komponent kitabxanaları dizayn etmək;
  • Müasir dizayn trendlərini izləmək və AI-ilə təchiz olunmuş dizayn yanaşmaları tətbiq etmək;
  • Developer komandası ilə sıx əməkdaşlıq edərək dizayn sistemlərinin tətbiqini təmin etmək;
  • İstifadəçi təcrübəsini daim təkmilləşdirmək üçün A/B testlər və analitika ilə işləmək;
  • Brend identifikasiyasını qoruyaraq vahid dizayn dili yaratmaq.

İş şəraiti

  • Rəqabətli maaş təklif edirik və erkən komanda üzvü kimi şirkət böyüdükcə equity (səhm) imkanı mövcuddur.
  • İş növü: Remote (İstənilən yerdən)
  • Məşğulluq növü: Tam ştat / Part-time / Freelance (Çevik iş qrafikləri mümkündür)
  • Əmək haqqı: Təcrübə və bacarıqlara uyğun olaraq rəqabətli maaş. Portfolio əsasında müzakirə olunur.

Biz nə təklif edirik:

  • Böyümə mərhələsindəki startup ilə uzunmüddətli əməkdaşlıq
  • Şirkət böyüdükcə məhsul dizaynını formalaşdırmaq imkanı
  • Dinamik və innovativ komanda ilə iş
  • Performansa əsaslanan karyera inkişafı imkanları
  • Gələcəkdə equity (şirkət səhmi) alma potensialı
  • Tam remote işləmək azadlığı - dünyanın istənilən yerindən
  • Çevik iş qrafiki - full-time, part-time və ya freelance formatında başlamaq mümkündür
  • Tam statda işləyənlər üçün part-time-dan full-time-a keçid imkanı

Tələblər

Vacib tələblər:

  • Figma və müasir dizayn alətlərində mükəmməl səviyyədə bilik (AI dizayn alətləri üstünlükdür);
  • Mobil və veb tətbiq dizaynı sahəsində güclü portfolio;
  • Dizayn sistemləri, komponent kitabxanaları və responsive dizayn üzrə dərin bilik;
  • Developer-friendly handoff prosesində təcrübə (shadcn, Tailwind CSS);
  • Keyfiyyətdən güzəştə getmədən sürətli icra bacarığı;

Şəxsi keyfiyyətlər:

  • Əla ünsiyyət bacarıqları və proaktiv yanaşma;
  • Komanda oyunçusu, sürətli templi mühitdə effektiv işləyə bilmək;
  • Güncel dizayn trendləri və best practice-lər haqqında məlumatlılıq;
  • Tipografika və adaptiv verstkaların yaradılması bacarığı;
  • Müştəri və ya son istifadəçilərlə birbaşa ünsiyyət qurma bacarığı;

Texniki tələblər:

  • Dil bilikləri: Azərbaycan dili, İngilis dili (yazılı və şifahi);
  • Grafik redaktor və UI proqramları: Figma (mütləq), Adobe XD / Sketch / Photoshop / Illustrator (üstünlükdür);
  • Veb teknologiyaları haqqında ümumi anlayış (HTML, CSS, responsive design prinsipləri);
  • Prototiplaşdırma və interaktiv dizayn alətləri ilə təcrübə.

Müraciət etmək üçün:

  • Portfolio təqdim etmək mütləqdir. Portfolionuzda mobil və veb tətbiq dizaynlarınızı, UX problem-solving yanaşmanızı və müasir, intuitiv interfeys yaratma bacarığınızı nümayiş etdirin.
  • SAAS təcrübəsi arzuolunandır lakin - istənilən sektorda keyfiyyətli işlər nümayiş etdirə bilərsiniz.
  • Bu sadəcə kontrakt deyil - bizimlə birlikdə böyüyəcək düzgün dizayner ilə uzunmüddətli partnyorluq qururuq.

Müraciət etmək istəyən namizədlər öz CV-ni "CV göndər📤" düyməsindən istifadə edərək göndərə bilər.

 

Diqqət! İşə düzəltmək məqsədi ilə heç bir şəxs və ya qurum sizdən əvvəlcədən ödəniş tələb edə bilməz!  Dələduzluq hallarından qorunmaq üçün diqqətli olun.