

Ümumi şöbənin mütəxəssisi (Korrektor)
Azerbaijan Energy Regulatory Agency
Ə/h razılaşma ilə
1602
Tam iş günü
Bakı,
Azərbaycan
10.09.2025 03:24
-
10.10.2025 12:00
İş haqqında məlumat
- Təqdim edilən sənədlərin tələb olunan forma və qaydada tərtib olunmasını və göstərilən ünvanların düzgünlüyünü yoxlayır;
- Sənədin və qoşmasının (olduğu halda) mətninin linqvistik ekspertizasını həyata keçirir, onların Azərbaycan dilinin norma və tələblərinə uyğun olaraq təkmilləşdirilməsinə dair təkliflər verir;
- Öz fəaliyyət sahəsinə uyğun olaraq Agentliyin digər struktur bölmələrinə metodiki köməklik göstərir;
- Şöbənin əsasnaməsi ilə üzərinə düşən vəzifələrin icrası məqsədilə məlumatları və sənədləri Agentliyin istənilən struktur bölməsindən tələb edir və/və ya əldə edir;
- Şöbə müdirinin tapşırığına əsasən aidiyyəti üzrə sənədlərin xarici dildən tərcümə edilməsini təmin edir;
- Tələb olunduğu hallarda öz fəaliyyət sahəsinə dair hesabatlar, arayışlar və məlumatlar hazırlayır;
- Vəzifəsi üzrə şöbə müdiri tərəfindən verilən digər tapşırıqları yerinə yetirir.
Digər:
- Əmək bazarına uyğun rəqabətli əmək haqqı və mükafatlandırma;
- İş yerinin ünvanı: Bakı şəhəri, Üzeyir Hacıbəyov küçəsi, 84.
Vakant vəzifə ilə maraqlanan şəxslər anketlərini Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərə bilərlər. Müraciətin mövzu hissəsinə mütləq şəkildə vakansiya elanının adı (Ümumi şöbənin mütəxəssisi (Korrektor)) qeyd olunmalıdır.
Tələblər
- Ali təhsil (humanitar ixtisaslar üzrə/ Azərbaycan dili ilə üzrə filoloq arzu olunandır);
- Yaş həddi 23-35 aralığı;
- Tələb olunan fəaliyyət sahəsi üzrə azı 3 il iş təcrübəsi;
- Fəaliyyət sahəsinə dair Azərbaycan Respublikasının bütün normativ-hüquqi aktları barədə məlumatlı olmalı;
- Microsoft Office proqramlarında işləmə bacarığı;
- Azərbaycan dili səlis, ingilis və ya rus dili yüksək səviyyədə;
- Fikrini düzgün ifadə etmə və savadlı yazı qabiliyyəti;
- Komandada işləmə bacarığı.