Bakı,
Azərbaycan
02/06/2026
-
16/06/2026
İş haqqında məlumat
- Paketləmə prosesindəki avadanlıqların iş prinsipini bimək;
- Paketləmə prosesində uyğunsuzluq aşkarlandıqda istehsal üzrə operatora məlumat vermək;
- Avadanlıqların düzgün işləməsini təmin etmək, texniki nasazlıq olduqda müvafiq şəxslərə məlumat vermək;
- Qablaşdırılmış məhsulların keyfiyyətinə nəzarət, vizual görünüş və ölçü standartlarına uyğunluğunu təmin etmək;
- Kisə məhsulların paletlərə yüklənmə işinin idarəolunması;
- Məhsulun qablaşdırma və keyfiyyət standartlarına uyğun istehsalını təmin etmək;
- İş yerini, avadanlıqları və ətraf mühiti təmiz və sanitariya qaydalarına uyğun saxlamaq;
- Növbə ərzində təmizlik işlərini aparmaq;
- Şirkət üzrə verilən əmr və sərəncamların, iş təlimatlarının və SƏTƏMM üzrə təlimatların tələblərinin yerinə yetirilməsi;
- Ona həvalə olunmuş avadanlığın, cihazların, alətlərin və ləvazimatların saz və nizam vəziyyətdə saxlanılması və onların təhlükəsiz, texniki cəhətdən düzgün istismarı;
- İş yerində təhlükəsiz əmək şəraitinin təmin edilməsi və iş təlimatlarının tələblərinin yerinə yetirilməsi;
- Fərdi mühafizə vasitələrindən (FMV) düzgün istifadəsi;
- Daxili əmək intizamı qaydalarına riayət etmək;
- Fövqəladə vəziyyətlərdə (yanğın, zəlzələ, sel, güclü külək və s.) təsdiqlənmiş təxliyyə planına uyğun hərəkət edilməsi;
- API SPEC Q1, ISO 9001, 14001, 45001 və 50001 standartlarına uyğun sənədlərin tətbiqi;
- Rəhbərliyin verdiyi digər tapşırıqların icrası.
İş yeri: Qaradağ rayonu, Qobustan qəsəbəsi (Quru qarışıqlar istehsalı)
Tələblər
- Ümumi orta təhsil;
- Əlaqədar sahə üzrə azı 1 il iş təcrübəsi;
- Gecə növbəsi üçün uyğunluq;
- MS Office komputer proqramı üzrə bacarıqlar arzuolunandır;
- Yüksək məsuliyyət, dəqiqlik və iş intizamı.
Müraciət etmək istəyən namizədlər öz CV-ni "CV göndər📤" düyməsindən istifadə edərək göndərə bilərlər.