Bakı,
Azərbaycan
09/02/2026
-
23/02/2026
İş haqqında məlumat
- Liseyin əmlak və avadanlıqlarından məsuliyyətlə və düzgün şəkildə istifadə edilməsi və istənilən zədələrdən qorunması;
- Müəyyən olunmuş iş yerinin səliqəli saxlanılması;
- Müvafiq avadanlıq, ləvazimat və aparatların quraşdırılması və ya sökülməsi;
- Liseyə məxsus avadanlıq, ləvazimat və aparatların təmiri;
- Liseyə məxsus bina və ərazilərdə təmir – bərpa işlərinin aparılması;
- Vəzifə öhdəliklərini yerinə yetirərkən sağlamlıq və əməyin təhlükəsizliyi qaydalarına riayət edilməsi;
- İşin xüsusiyyətindən asılı olaraq müvafiq qoruyucu geyim və vasitələrdən istifadə edilməsi;
- Müvafiq alət və ləvazimatlardan ehtiyatla, təmiz və səliqəli şəkildə istifadə edilməsi;
- Vəzifəsini icra etdikdən sonra istifadə etdiyi material və avadanlıqların səliqəli şəkildə saxlanma yerlərinə yerləşdirilməsi;
- Yaranmış və ya yarana biləcək çətinlikləri vaxtında və tam şəkildə aradan qaldırmaq və ehtiyac olduğu halda bu barədə birbaşa rəhbəri məlumatlandırmaq.
- Tapşırılan digər müvafiq işləri həyata keçirmək.
Tələblər
- Orta təhsil;
- Sahə üzrə minimum 1 il iş təcrübəsi;
- Azərbaycan dilində orta səviyyədə danışmaq və yazmaq bacarığı;
- Sağlamlıq və əməyin mühafizəsi qaydalarını bilməsi arzuolunandır;
- İstifadəsinə təhkim edilən alət və ləvazimatlardan istifadə qaydalarını bilməsi;
- Fiziki güc və sağlamlıq;
- Səbrlilik, düzgünlük və məsuliyyətlilik.
Müraciət etmək istəyən namizədlər öz CV-ni "CV göndər📤" düyməsindən istifadə edərək göndərə bilər.
Diqqət! İşə düzəltmək məqsədi ilə heç bir şəxs və ya qurum sizdən əvvəlcədən ödəniş tələb edə bilməz! Dələduzluq hallarından qorunmaq üçün diqqətli olun.