Bakı,
Azərbaycan
21/01/2026
-
04/02/2026
İş haqqında məlumat
- Modul evlər, konteynerlər və prefabrik konstruksiyalar üzrə istehsal və yığım işlərində birbaşa iştirak
- Briqada üzv lərinin işinin təşkili, tapşırıqların bölüşdürülməsi və gündəlik iş axınının koordinasiyası
- Metal konstruksiya montajı, profil kəsmə və birləşdirmə işlərində praktiki iştirak
- Sendviç panellərin vurulması, üzlük və konstruktiv işlərin icrasında iştirak
- Qapı və pəncərə quraşdırılması işlərinin yerinə yetirilməsi və keyfiyyətə nəzarət
- Elektrik və santexnika işləri üzrə ümumi texniki anlayışla icra prosesinə dəstək
- Texniki sxem və çertyojların oxunması, ölçü götürülməsi və işlərə düzgün tətbiqi
- Əl və elektrik alətlərindən təhlükəsiz və məqsədyönlü istifadə
- Materialların düzgün, səmərəli və qənaətli istifadəsinə nəzarət
- Görülən işlərin keyfiyyətinə və texniki tələblərə uyğunluğun təmin edilməsi
- İşlərin vaxtında və plan üzrə tamamlanmasına məsuliyyətlə yanaşmaq
- İstehsalat sahəsində əmək təhlükəsizliyi və iş intizamına ciddi riayət olunması
İş şərtləri
- İş qrafiki: Tam iş günü
- Əmək haqqı: Müsahibə əsasında (təcrübə və bacarıqlara uyğun)
- Uzunmüddətli əməkdaşlıq imkanı
- Stabil və peşəkar iş mühiti
Tələblər
- Modul ev, konteyner və ya prefabrik bina sahəsində praktiki iş təcrübəsi
- Metal konstruksiya, montaj və sendviç panel işlərini praktik olaraq icra etmiş olmaq
- Qaynaq və montaj işlərində ən azı işi anlayacaq səviyyədə təcrübə
- Elektrik və santexnika işlərindən ümumi texniki anlayışın olması
- Texniki sxem və çertyojları oxuma bacarığı
- Əl və elektrik alətləri ilə sərbəst işləmə vərdişləri
- Briqada ilə işləmə və zəruri hallarda icra prosesinə qoşulmaq bacarığı
- Ölçü götürmə və işə düzgün tətbiq etmə bacarığı
- Məsuliyyətli, intizamlı və işinə ciddi yanaşan
- Fiziki cəhətdən işə yararlı və istehsalat şəraitində işləməyə hazır olmaq
Vacib qeyd
- Yalnız göstərilən sahələr üzrə praktiki təcrübəsi olan şəxslərin müraciət etməsi xahiş olunur
Müraciət etmək istəyən namizədlər öz CV-ni "CV göndər📤" düyməsindən istifadə edərək göndərə bilər.