Azinko Development

Usta - mexanik

Azinko Development
1100 - 1400 ₼
733
Tam iş günü
Bakı, Azərbaycan
01.08.2025 10:44 - 01.09.2025 12:00

İş haqqında məlumat

Struktur: Texniki şöbə

Ünvan: Bakı şəhəri, Flame Towers

  • Kompleksdəki isitmə-soyutma (HVAC), ventilyasiya, nasos, məişət suyu və kanalizasiya sistemlərinin gündəlik texniki xidməti və təmiri;
  • Qazanxana, soyuq hava generatorları (chillerlər), hava emal qurğuları (AHU) və digər mexaniki avadanlıqların müntəzəm baxışı və təmiri;
  • Otel, yaşayış və biznes sahələrində texniki nasazlıqların vaxtında aradan qaldırılması;
  • Sistemlərin işlək vəziyyətdə saxlanılması və planlı təmir işlərinin həyata keçirilməsi;
  • Sadə texniki sxemləri oxumaq və tətbiq etmək;
  • Mühəndis heyətinin göstərişlərinə uyğun işləri vaxtında və keyfiyyətlə yerinə yetirmək;
  • Texniki təhlükəsizlik qaydalarına riayət etmək.
  • Yarana biləcək hər hansı təhlükə barədə rəhbərliyə məlumat vermək;
  • Rəhbərlik tərəfindən verilən təlimatları zamanında və əksiksiz yerinə yetirmək.

Vəzifə üzrə əmək haqqı və təminatlar:

  • Əmək haqqı 1100-1400 AZN;
  • Şirkət tərəfindən tibbi sığorta paketi ilə təmin edilir;
  • Şirkət tərəfindən qidalanma ilə təmin edilir;
  • Şirkət daxili nəzərdə tutulan digər təminatlar;
  • Təlim və inkişaf proqramlarında iştirak imkanları.

Müraciət forması:

Uyğun namizədlərdən cv-lərini mövzu yerinə “Usta-mexanik” yazmaqla Müraciət Et düyməsində qeyd olunan e-mail ünvanına göndərmələri xahiş olunur.

Yalnız vakansiya tələblərinə cavab verən seçilmiş namizədlərlə əlaqə saxlanılacaq.

Tələblər

  • Orta texniki və ya peşə təhsili (mexanika, istilik-soyutma, santexnika və ya əlaqəli sahələr üzrə);
  • Minimum 2-3 il yaşayış və ya kommersiya obyektlərində mexaniki sistemlər üzrə təcrübə;
  • HVAC, nasos, məişət suyu və kanalizasiya sistemləri üzrə praktiki bilik və bacarıq;
  • Sadə texniki sənədləri və sxemləri başa düşmək və tətbiq etmək qabiliyyəti;
  • Praktiki təmir, diaqnostika və nasazlıq aradan qaldırma bacarığı;
  • Fəal, məsuliyyətli, komanda ilə işləmək bacarığı;
  • Dəqiq və operativ yanaşma bacarığı.