Veysəloğlu Şirkətlər Qrupu

UX/Uİ Aparıcı Mütəxəssis

Veysəloğlu Şirkətlər Qrupu
Ə/h razılaşma ilə
358
Tam iş günü
Bakı, Azərbaycan
15.09.2025 10:00 - 15.10.2025 12:00

İş haqqında məlumat

  • Şirkətin rəqəmsal məhsullarının (veb sayt, mobil tətbiq və s.) istifadəçi təcrübəsini (UX) təkmilləşdirmək;
  • Müasir dizayn standartlarına əsaslanaraq interfeys dizaynlarını (UI) hazırlamaq və optimallaşdırmaq;
  • İstifadəçi tədqiqatları aparmaq, məlumat toplamaq və dizayn qərarlarını istifadəçi ehtiyaclarına uyğunlaşdırmaq;
  • Prototiplər, wireframe və dizayn maketləri hazırlamaq, onların təsdiqi üçün təqdimatlar etmək;
  • Layihə komandası (proqramçılar, analitiklər, məhsul menecerləri) ilə əməkdaşlıq edərək dizaynların düzgün tətbiqini təmin etmək;
  • İstifadəçi interfeyslərinin funksionallığını test etmək, A/B testləri aparmaq və nəticələr əsasında təkmilləşdirmələr təklif etmək;
  • Brendin vizual standartlarına uyğun dizaynların hazırlanmasını təmin etmək;
  • UX/UI sahəsində ən son trendləri izləmək və innovativ yanaşmaları layihələrə tətbiq etmək;
  • Hazırlanan interfeyslərin müxtəlif cihaz və platformalar üçün uyğunluğunu təmin etmək (responsive dizayn);
  • Rəhbərlik tərəfindən verilən digər dizayn və istifadəçi təcrübəsi ilə bağlı tapşırıqları yerinə yetirmək;
  • Öz fəaliyyət sahəsində informasiya təhlükəsizliyi qaydalarına əməl etmək;
  • İş fəaliyyətinə uyğun rəhbərlik tərəfindən verilən digər tapşırıqları yerinə yetirmək.

Təkliflər:

  • Müxtəlif maraqlı layihələrdə iştirak və peşəkar inkişaf imkanı;
  • Təlim və sertifikat proqramlarına dəstək;
  • Əməkhaqqı: Müsahibə əsasında təyin olunacaq.

Təminatlar:

  • İş yerinə nəqliyyat vasitəsi ilə çatdırılma;
  • Nahar ilə təmin edilmə.

Müraciət etmək istəyən namizədlər CV-ləri mövzu bölməsində “UX/Uİ Aparıcı Mütəxəssis” qeyd etməklə Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına və ya https://karyera.veyseloglu.az/ saytına göndərə bilərlər. Yalnız ilkin seçimdən keçən namizədlərlə əlaqə saxlanılacaq.

Tələblər

  • Kommersiya və brendə aid məlumatların məxfi saxlanılmasına görə məsuliyyət daşıyır;
  • Dizayn keyfiyyətinin şirkət standartlarına uyğun olmamasına görə məsuliyyət daşıyır;
  • UX/UI sahəsində etik qaydaların, informasiya təhlükəsizliyi prinsiplərinin pozulmasına görə məsuliyyət daşıyır;
  • Şirkətin maddi-texniki resurslarından düzgün istifadə edilməməsinə görə məsuliyyət daşıyır;
  • Şirkətin rəqəmsal məhsullarının istifadəsinə mənfi təsir göstərə biləcək dizayn səhvlərinə görə məsuliyyət daşıyır;
  • Qanunvericilik və şirkət qaydaları ilə müəyyən edilmiş səlahiyyətlərdən kənar qərarların nəticələrinə görə məsuliyyət daşıyır.

Şəxsi keyfiyyətlər:

  • Problemlərin həll olunmasında kreativ yanaşma;
  • Komandada işləmək bacarığı;
  • Stressə davamlılıq və vaxtın idarə edilməsi bacarığı.