Azərbaycan Üzgüçülük Federasiyası

Üzgüçülük üzrə Təlim və İnkişaf Mütəxəssisi

Azərbaycan Üzgüçülük Federasiyası
Ə/h razılaşma ilə
313
Tam iş günü
Bakı, Azərbaycan
19/03/2026 - 02/04/2026

İş haqqında məlumat

  • Xarici mütəxəssisin keçirdiyi təlim və seminarların təşkili, icrası və təlim proseslərində fəal iştirak etmək
  • Müasir məşq metodologiyaları, hazırlıq proqramları və performans yanaşmalarını öyrənmək və tətbiq etmək
  • Məşqçilərin qiymətləndirilməsi və sertifikasiya prosesində aktiv iştirak etmək
  • Sertifikasiya meyarlarının tətbiqi və qiymətləndirmə proseslərinə dəstək vermək
  • Tədris materiallarının hazırlanmasına və inkişafına töhfə vermək
  • Əldə olunan bilik və təcrübəni yerli məşqçilərə ötürmək və onların inkişafına dəstək olmaq

Biz nə təklif edirik:

  • Xarici mütəxəssisdən birbaşa öyrənmək və praktiki təcrübə qazanmaq imkanı
  • Sertifikasiya və təlim proseslərinin idarə olunması üzrə real təcrübə
  • Beynəlxalq standartlara uyğun bilik və bacarıqların əldə olunması
  • Peşəkar inkişaf və karyera yüksəlişi imkanları

İş şərtləri:

  • İş vaxtı: 09:00 – 18:00 
  • İş rejimi: Full time

Tələblər

  • Üzgüçülük sahəsində nəzəri və praktiki biliklər 
  • Öyrənməyə açıq olmaq və beynəlxalq təcrübəni mənimsəmək istəyi
  • Dil bilikləri: Azərbaycan, rus və ingilis (hamısı – əla)
  • Təlim keçmə, təqdimat və ünsiyyət bacarıqları
  • Komanda ilə işləmə və bilik paylaşımı bacarığı
  • Analitik düşüncə və məsuliyyətlilik

Müraciət etmək istəyən namizədlər öz CV-ni "CV göndər📤" düyməsindən istifadə edərək göndərə bilər.

 

Diqqət! İşə düzəltmək məqsədi ilə heç bir şəxs və ya qurum sizdən əvvəlcədən ödəniş tələb edə bilməz!  Dələduzluq hallarından qorunmaq üçün diqqətli olun.