Bakı,
Azərbaycan
01.08.2025 11:47
-
01.09.2025 12:00
İş haqqında məlumat
- Cəmiyyət üzrə tələb olunan bütün icra orqanlarına aylıq, rüblük və illik hesabatların, o cümlədən vergi, sosial sığorta, statistika üzrə hesabatların tərtib və təqdim olumasını təmin edir;
- Gündəlik həyata keçirilən maliyyə mühasibatlıq əməliyyatlarını yoxlayır, uyğun müxabirləşmələri yerinə yetirir;
- Hesablanmış vergi və digər məcburi ödənişlərin hesablanmasına və vaxtında aidiyyəti üzrə köçürülməsinə nəzarət edir;
- Vergi planlaması və vergi risklərinin azaldılmasına dair təkliflər verir;
- Uçot sənədlərinin qanunvericiliyə uyğun formada tərtib edilməsinə nəzarət edir və uçotun Cəmiyyətin vergi siyasətinə uyğunluğunu təmin edir;
- İdarəetmə hesabatını və digər maliyyə hesabatlarını tərtib edir və müvafiq çıxarışları hazırlayır;
- Təqdim olunan hesabatlarla bağlı bütün məsələlərlə əlaqədar olaraq dövlət və icra orqanları ilə yazışmaların aparılmasını, sorğuların vaxtında cavablandırılmasını təmin edir;
- Lazımi hallarda debitor və kreditorlarla qarşılıqlı üzləşmələr aparır;
- Vergi hesablamalarının və ödəmələrinin vergi hesabı ilə uzlaşdırılmasını təmin edir;
- Təqdim olunan hesabatların Cəmiyyətə məxsus uçot proqramlarında qeydiyyatını aparır.
İş şəraiti:
- Gündəlik tam iş günü rejimi.
Tələblərə cavab verən namizədlər öz CV-lərini Müraciət et düyməsində qeyd olunan elektron ünvanına göndərə bilərlər.
Müraciətin mövzu hissəsində “Vergi hesabatlılığı üzrə baş mütəxəssis” qeyd etməyiniz xahiş olunur.
Tələblər
- Ali təhsil (iqtisadiyyat, mühasibatlıq, maliyyə);
- Müvafiq sahədə 3 il iş təcrübəsi;
- Peşəkar mühasib sertifikatı (PMS 1 və PMS 2);
- MS Office, 1C, SAP proqramlarında sərbəst işləmək bacarığı;
- Analitik düşüncə, təhlil etmə, problemləri həll etmə.