Veysəloğlu-Rossmann

Vergi uçotu üzrə mühasib

Veysəloğlu-Rossmann
Ə/h razılaşma ilə
1306
Tam iş günü
Bakı, Azərbaycan
30.09.2025 09:25 - 30.10.2025 12:00

İş haqqında məlumat

  • E-Qaimə və Hesab Fakturalarının yazılmasını həyata keçirilməsini təmin etmək;
  • Qaimələrin izlənməsi üzrə sistemin təşkil edilməsi ;
  • Aylıq ƏDV hesabatını vergiyə təqdim etmək, əvəzləşdirmələri həyata keçirmək və uyğunsuzluqlara cavab vermək;
  • İllik mənfəət vergisinin verilməsi üçün uçot məlumatların düzgün tərtib olunmasını təmin etmək, hesabatı təqdim etmək və kameral uyğunsuzluq məktublarının cavablandırılması;
  • Əmlak vergisi hesabatını təqdim etmək, reysteri hazırlamaq, məlumatların uçotda düzgün əks etdirilməsi üçün tədbirlərin görülməsi;
  • Mövcud statistika hesabatların göndərilməsi;
  • Rübluk DSMF hesabatını təqdim etmək;
  • Rəsmi debitor və kreditor qalıqların və üzləşmələrin hazırlanması;
  • Vergi mükəlləfiyyətində göstərilən və yaranan digər vergilərin hesabatlarının təqdim edilməsi;
  • Onlardan gələn uyğunsuzluq məktublarını cavablandırmaq;
  • Mağaza açılışı ilə əlaqədar obyekt kodların, pos terminal alınması üzrə əməliyyatların sistemli şəkildə icrası və izlənməsi;
  • Vergi və digər məcburi ödənişlərin düzgün hesablanmasını və vaxtında müvafiq dövlət icra strukturlarına köçürülməsini təmin etmək;
  • Keçiriləcək vergi yoxlamaları zamanı vergi müfəttişlərinin sorğularını cavablandırmaq.

Digər məlumatlar:

  • Nahar və servis ilə təmin edilmə;
  • Əmək bazarına uyğun rəqabətli əmək haqqı;
  • 5 günlük tam iş qrafiki;
  • Korporativ mobil nömrə.

Vakansiya ilə bağlı müraciət etmək istəyənlər “Vergi uçotu üzrə mühasib” adını mövzu hissəsində qeyd etməklə CV formalarını Müraciət Et düyməsində göstərilən elektron poçt ünvanına göndərə bilərlər.

Tələblər

  • Ali təhsil(Maliyyə, mühasibatlılıq);
  • Maliyyə və mühasibatlıq sahəsi üzrə minimum 1-3 il iş təcrübəsi;
  • Xarici dil biliyi: Azərbaycan dili. Rus və ingilis dili arzu olunandır;
  • Ofis proqramlarında işləmək bacarığı;
  • Vergi uçotu ilə bağlı nəzəri və praktik bilgilər;
  • Analitik düşüncə, Komandada işləmək bacarığı;
  • Mühasibatlıq sahəsi üzrə proqram (Logo Tiger);
  • MS Excel biliyi.


Oxşar vakansiyalar