SAMT

Vergi uçotu üzrə mühasib

SAMT
Ə/h razılaşma ilə
263
Tam iş günü
Bakı, Azərbaycan
15/07/2026 - 29/07/2026

İş haqqında məlumat

  • Vergi qanunvericiliyinin tələblərinə uyğun olaraq vergi uçotunun aparılması;
  • ƏDV, mənfəət vergisi, ÖMV və digər vergi bəyannamələrinin hazırlanması və vaxtında təqdim edilməsi;
  • Elektron qaimə-fakturaların, hesab-fakturaların və digər vergi sənədlərinin düzgün rəsmiləşdirilməsinə nəzarət etmək;
  • Vergi öhdəliklərinin hesablanması, təhlili və uçotunu həyata keçirmək;
  • Vergi orqanları ilə yazışmaları aparmaq və sorğuları cavablandırmaq;
  • Vergi yoxlamaları zamanı tələb olunan məlumat və sənədləri hazırlamaq;
  • Əməkhaqqı, məzuniyyət, xəstəlik vərəqələri və digər ödənişlərin qanunvericiliyə uyğun hesablanmasını təmin etmək;
  • Vahid Bəyannamənin hazırlanması və vaxtında təqdim edilməsini həyata keçirmək;
  • Vergi risklərini təhlil etmək və onların minimuma endirilməsi üzrə təkliflər vermək.

İş yeri: Sumqayıt / Xızı

Şirkət tərəfindən verilən imtiyazlar:

  • Nahar;
  • Könüllü tibbi sığorta;
  • Korporativ mobil nömrə;
  • İdman abonəliyi;
  • Servis nəqliyyatı.

Tələblər

  • İqtisadiyyat, maliyyə və ya mühasibatlıq sahəsi üzrə ali təhsil;
  • Müvafiq sahədə minimum 1-3 il iş təcrübəsi;
  • Vergi qanunvericiliyi və mühasibat uçotu sahəsində yüksək biliklər;
  • ERP sistemləri və Microsoft Office proqramları üzrə sərbəst işləmək bacarığı;
  • Analitik düşünmə və problem həll etmə bacarığı;
  • Məsuliyyətlilik və effektiv ünsiyyət bacarıqları;
  • PMS sertifikatının olması üstünlük hesab olunur.

Müraciət etmək istəyən namizədlər öz CV-ni "CV göndər📤" düyməsindən istifadə edərək göndərə bilərlər.

 

Diqqət! İşə düzəltmək məqsədi ilə heç bir şəxs və ya qurum sizdən əvvəlcədən ödəniş tələb edə bilməz!  Dələduzluq hallarından qorunmaq üçün diqqətli olun


Oxşar vakansiyalar