GI
Vergilər üzrə Menecer (MTK sektoru)
GiantSage Investment Group
Ə/h razılaşma ilə
5042
Tam iş günü
Bakı,
Azərbaycan
03/12/2025
-
10/12/2025
İş haqqında məlumat
MTK-nın bütün vergi öhdəliklərini idarə etmək, tikinti sektoruna xas vergi modellərini düzgün tətbiq etmək və qanunvericiliyə uyğunluğun tam təmin edilməsinə rəhbərlik etmək.
- MTK üçün vergi strategiyasının hazırlanması və tətbiqi
- ƏDV, mənfəət, gəlir, sosial/DSMF və digər bəyannamələrin hazırlanmasına rəhbərlik
- Tikinti layihələri üzrə vergi uçotunun düzgün aparılması
- MTK-da üzvlük haqları, satış müqavilələri və tikinti xərclərinin vergi təsirinin təhlili
- Vergi yoxlamalarına hazırlıq və proseslərin idarə olunması
- Vergi risklərinin qiymətləndirilməsi və azaldılması
- Vergi planlaması və optimallaşdırılması üzrə rəy və tövsiyələr
- Maliyyə və mühasibatlıq komandası ilə koordinasiya
- Qanunvericilik dəyişikliklərinin monitorinqi və tətbiqi
Tələblər
- Azərbaycan vergi sistemi üzrə dərin bilik (xüsusilə tikinti sektoru üçün)
- MTK-larda sənədləşmə, üzvlük ödənişləri və satış uçotu üzrə anlayış
- Minimum 5 il vergi sahəsində təcrübə
- Analitik düşüncə, dəqiqlik və hüquqi məntiq
- Azərbaycan, Rus və İngilis dillərində sərbəst bilmə
Müraciət:
Bu vakansiya ilə maraqlananlar CV-lərini "CV göndər📤" düyməsindən istifadə edərək göndərə bilər. Müraciət etdiyiniz vəzifənin adını mövzu hissəsində qeyd etməyiniz xahiş olunur, əks halda CV-yə baxılmayacaq.