Radisson Baku Hotel

Vergilər üzrə mütəxəssis

Radisson Baku Hotel
Ə/h razılaşma ilə
455
Tam iş günü
Bakı, Azərbaycan
03/06/2026 - 17/06/2026

İş haqqında məlumat

Radisson Baku Hotelə təcrübəli Vergilər üzrə mütəxəssis axtarırıq. Vergi uçotu, vergi hesabatlarının hazırlanması və vergi qanunvericiliyinə uyğun fəaliyyət sahəsində təcrübəsi olan namizədləri komandamıza qoşulmağa dəvət edirik.

Əsas vəzifələr:

  • Azərbaycan Respublikasının Vergi Məcəlləsinə uyğun olaraq vergi uçotunun aparılması və vergi öhdəliklərinin icrasının təmin edilməsi;
  • Aylıq, rüblük və illik vergi bəyannamələrinin, maliyyə hesabatlarının və balansın hazırlanması və təqdim edilməsi;
  • Vergi hesablamalarının düzgün aparılması və vergi qanunvericiliyinə uyğunluğun təmin edilməsi;
  • Dövlət orqanları ilə vergi və maliyyə məsələləri üzrə müvafiq hesabatların və yazışmaların aparılması;
  • İşçilərin əməkhaqqının, məzuniyyət haqlarının və digər əmək ödənişlərinin hesablanması;
  • Əməkhaqqı üzrə vergilərin və məcburi sosial ödənişlərin düzgün hesablanması və uçota alınması;
  • Təchizatçılarla hesablaşmaların (Accounts Payable) uçotunun aparılması;
  • Təchizatçılardan daxil olan hesab-fakturaların yoxlanılması, təsdiqlənməsi və sistemdə düzgün əks etdirilməsi;
  • Kreditor borclarına nəzarət və təchizatçılarla ümumi üzləşmələrin aparılması;
  • Müvafiq ödəniş əməliyyatlarının mühasibat sistemində düzgün qeydiyyatı;
  • İnventarizasiya proseslərində iştirak etmək, yoxlamaların aparılmasına və nəticələrin sənədləşdirilməsinə dəstək göstərmək;
  • Ay sonu və il sonu bağlanış proseslərində iştirak etmək;
  • Daxili və xarici audit prosesləri üçün tələb olunan məlumat və sənədlərin hazırlanmasına dəstək göstərmək.

Tələblər

  • Maliyyə, Mühasibatlıq, İqtisadiyyat və ya əlaqəli sahə üzrə ali təhsil;
  • Vergi uçotu və mühasibatlıq sahəsində minimum 2-3 il iş təcrübəsi;
  • Azərbaycan Respublikasının Vergi Məcəlləsini mükəmməl səviyyədə bilmək;
  • PMS sertifikatının olması mütləqdir;
  • 1C proqramında sərbəst işləmək bacarığı;
  • Azərbaycan, rus və ingilis dillərində sərbəst işləmək bacarığı;
  • Analitik düşüncə, detallara diqqət və yüksək məsuliyyət hissi;
  • Vergi və maliyyə hesabatlarının hazırlanması üzrə praktiki təcrübə.
  • Elektron hökumət portalları, e-taxes və digər dövlət informasiya sistemləri ilə iş təcrübəsi;

Müraciət etmək istəyən namizədlər öz CV-ni "CV göndər📤" düyməsindən istifadə edərək göndərə bilərlər.