Sos Media AZ

Vidеo Operator

Sos Media AZ
Ə/h razılaşma ilə
395
Tam iş günü
Qəbələ, Azərbaycan
14/11/2025 - 14/12/2025

İş haqqında məlumat

  • Layihə iştirakçıları ilə, operatorlarla qarşılıqlı əlaqə, planlaşdırma yığıncaqlarında iştirak etmək, cari planların və yeni layihələrin müzakirə olunması, iş planının tərtibatında iştirak etmək;
  • Baş operatorla qarşılıqlı əlaqə, təkliflərin irəli sürülməsi, cari məsələlərin müzakirə olunması, iş planının tərtibatında iştirak etmək; 
  • Digər operatorlarla, layihə iştirakçıları ilə, layihə rejissorları ilə, layihə koordinatorları ilə, layihə menecerləri ilə qarşılıqlı əlaqə;
  • Çəkiliş cədvəlinə uyğun olaraq layihə çəkilişlərində iştirak etmək;
  • Video-çarxların bilavasitə çəkilişi, kadr qoyuluşu: aktyorla, rekvizitlə və lokasiyalarla iş — kadrda gözəl təsvirin yaradılması;
  • Video-çarxlara dair önizləmənin və digər foto işlərinin yaradılmasında iştirak etmək;
  • Rejissor meydançada olmadığı halda çəkiliş prosesinin idarə edilməsi;
  • Çəkilişdən əvvəl referenslərin və artıq çəkilmiş, kanalda çəkiliş üçün planlaşdırılan ideyanın gözdən keçirilməsi;
  • Vərdişlərinin təkmilləşdirilməsi, mobiloqrafiya və operatorluq sənəti sahəsində yeniliklər və trendlər haqqında məlumatın öyrənilməsi;
  • İşıqlandırma avadanlığı ilə iş, quraşdırılma, test olunma, xidmət;
  • Avadanlığın uçotunun aparılması, avadanlıqla ehtiyatlı davranma;
  • Nasaz avadanlıq barədə, yaxud çəkilişlərin aparılması üçün yeni avadanlığın əldə edilməsi zərurəti barədə rəhbərliyi 6 saat ərzində xəbərdar etmək;
  • Görülmüş iş barəsində hesabatların hazırlanması;
  • Zərurət yarandıqda digər inzibati işləri yerinə yetirmək.

Şərtlər:

  • İş qrafiki saat 10:00-dan 19:00-dək, BE – C;
  • Müsahibənin nəticələrinə görə rəqabətədavamlı əmək haqqı;
  • Qəbələ şəhərində yaşayışın təşkil edilməsi;
  • Peşəkar iş mühiti;
  • Peşə və karyerada yüksəliş imkanı;
  • Dəstək olmağa və texniki olaraq kömək etməyə hazır olan motivasiyalı, gənc və təcrübəli komanda. 

Biz, “SOSMEDIA” Agentliyi, 7 ildir ki, 20 milyon abunəçisi olan YouTube kanallarının işə salınması, aparılması və inkişaf etdirilməsi ilə məşğul oluruq. YouTube-dan 6 qızıl və 15 gümüş mükafatımız var. Biz 100 mindən 7 milyonadək abunəçisi olan müxtəlif sahə və auditoriyalarda bir neçə kanal üzərində işləyirik.

Populyar kanallarımıza baxın:

Yalnız Qəbələ şəhərində və ətraf ərazilərdə yaşayan namizədlər müraciət edə bilər

Müsahibə qəbul edilmiş bütün CV-lərə baxıldıqdan sonra baş tutacaq.

Mövzuda “Vidеo operator” vəzifəsini, gözlənilən əmək haqqını göstərməklə, şəkilli CV-nin və öz portfolionuzu Müraciət et düyməsində qeyd olunan elektron poçtuna göndərilməsi xahiş olunur.

Yalnız yuxarıda göstərilən tələblərə uyğun olan namizədlər müsahibəyə dəvət olunacaq.

Tələblər

  • Oxşar vəzifədə ən azı 3 il iş təcrübəsi; 
  • Orta/orta ixtisas təhsili;
  • MS Office üzrə yaxşı biliklər;
  • Peşəkar kamera ilə işləmək bacarığı;
  • Təbii işıqlandırma və səslə işləmək bacarığı;
  • Gözəl zövqə və kompozisiya hissinə malik olmaq;
  • Kreativ və qeyri-standart düşünmək və işə yanaşmaq qabiliyyəti;
  • Ətrafdakı gözəlliyi görmək və onun ustalıqla kadra köçürmək qabiliyyəti;
  • Komandada işləmək bacarığı, diplomatiya, stressə davamlılıq, məsuliyyət, mehriban və peşəkar davranış.

Oxşar vakansiyalar