Sos Media AZ

Vidеo Operator - Qəbələ şəhəri

Sos Media AZ
1500 - 2000 ₼
324
Tam iş günü
Qəbələ, Azərbaycan
12/10/2026 - 26/10/2026

İş haqqında məlumat

Olduğu yer: Qəbələ şəhəri

Yalnız Qəbələ şəhərində və ətraf ərazilərdə yaşayan namizədlər müraciət edə bilər

Vəzifə öhdəlikləri:

  • Layihə iştirakçıları ilə, operatorlarla qarşılıqlı əlaqə, planlaşdırma yığıncaqlarında iştirak etmək, cari planların və yeni layihələrin müzakirə olunması, iş planının tərtibatında iştirak etmək;
  • Baş operatorla qarşılıqlı əlaqə, təkliflərin irəli sürülməsi, cari məsələlərin müzakirə olunması, iş planının tərtibatında iştirak etmək;
  • Digər operatorlarla, layihə iştirakçıları ilə, layihə rejissorları ilə, layihə koordinatorları ilə, layihə menecerləri ilə qarşılıqlı əlaqə;
  • Çəkiliş cədvəlinə uyğun olaraq layihə çəkilişlərində iştirak etmək;
  • Video-çarxların bilavasitə çəkilişi, kadr qoyuluşu: aktyorla, rekvizitlə və lokasiyalarla iş — kadrda gözəl təsvirin yaradılması;
  • Video-çarxlara dair önizləmənin və digər foto işlərinin yaradılmasında iştirak etmək;
  • Rejissor meydançada olmadığı halda çəkiliş prosesinin idarə edilməsi;
  • Çəkilişdən əvvəl referenslərin və artıq çəkilmiş, kanalda çəkiliş üçün planlaşdırılan ideyanın gözdən keçirilməsi;
  • Vərdişlərinin təkmilləşdirilməsi, mobiloqrafiya və operatorluq sənəti sahəsində yeniliklər və trendlər haqqında məlumatın öyrənilməsi;
  • İşıqlandırma avadanlığı ilə iş, quraşdırılma, test olunma, xidmət;
  • Avadanlığın uçotunun aparılması, avadanlıqla ehtiyatlı davranma;
  • Nasaz avadanlıq barədə, yaxud çəkilişlərin aparılması üçün yeni avadanlığın əldə edilməsi zərurəti barədə rəhbərliyi 6 saat ərzində xəbərdar etmək;
  • Görülmüş iş barəsində hesabatların hazırlanması;
  • Zərurət yarandıqda digər inzibati işləri yerinə yetirmək.

Tələblər

  • Oxşar vəzifədə ən azı 3 il iş təcrübəsi;
  • Orta/orta ixtisas təhsili;
  • MS Office üzrə yaxşı biliklər;
  • Peşəkar kamera ilə işləmək bacarığı;
  • Təbii işıqlandırma və səslə işləmək bacarığı;
  • Gözəl zövqə və kompozisiya hissinə malik olmaq;
  • Kreativ və qeyri-standart düşünmək və işə yanaşmaq qabiliyyəti;
  • Ətrafdakı gözəlliyi görmək və onun ustalıqla kadra köçürmək qabiliyyəti;
  • Komandada işləmək bacarığı, diplomatiya, stressə davamlılıq, məsuliyyət, mehriban və peşəkar davranış.

Şərtlər:

  • İş qrafiki – 20 gün çəkiliş, 10 gün istirahət;
  • Əmək haqqı 1500 – 2000 Azn aralığı (təcrübədən asılı olaraq);
  • Qəbələ şəhərində yaşayışın təşkil edilməsi;
  • Peşəkar iş mühiti;
  • Peşə və karyerada yüksəliş imkanı;
  • Dəstək olmağa və texniki olaraq kömək etməyə hazır olan motivasiyalı, gənc və təcrübəli komanda.

Müsahibə qəbul edilmiş bütün CV-lərə baxıldıqdan sonra baş tutacaq.


Oxşar vakansiyalar