Bakı,
Azərbaycan
12/11/2025
-
12/12/2025
İş haqqında məlumat
- Təhlükəsizlik kameraları vasitəsilə işçiləri, ərazini və obyektləri izləmək;
- Kameraların daim işlək vəziyyətdə olmasına nəzarət etmək;
- Video arxivlə işləmək;
- Bütün video yazıları yaddaşda saxlayan DVR aparatlarını idarə etmək;
- Müşahidə kameralarının (Analoq, HD, IP) quraşdırılmasında dəstək;
- Baş vermiş hadisələrlə bağlı rəhbərliyi məlumatlandırmaq;
- Fəaliyyət istiqaməti üzrə müəyyən edilmiş digər vəzifələri yerinə yetirmək.
Üstünlüklərimiz:
- Peşakar komandada işləmək imkanı;
- Yeni işçilərin peşakarlar tərəfindən təlimləndirilməsi;
- Ölkədaxili və xarici təlimlərdə iştirak;
- Şirkət tərəfindən nahar;
- Karyera unkişafı.
Əmək haqqı namizədin bilik, bacarıq və təcrübəsinə əsasən müsahibə zamanı müəyyən edilir. (başlanğıc: 800-1100 AZN)
Vakansiyanın tələblərinə uyğun gələn namizədlər mövzu hissəsində “Videomüşahidə üzrə operator” qeyd edərək CV-lərini Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərə bilərlər.
Tələblər
- İT sahəsi üzrə ali təhsil;
- Müvafiq sahə üzrə ən azı 1 il iş təcrübəsi;
- Hərbi mükəlləfiyyətli olması mütləqdir (yaşı həddi - 28);
- Azərbaycan dilində səlis danışmaq və yazmaq bacarığı, xarici dillər aruolunandır;
- Komanda ilə işləmək bacarığı;
- Təşəbbüskar olmaq və yaxşı təşkilatçılıq bacarıqları;
Səriştələr:
- Məsuliyyətlilik, etibarlılıq və dürüstlük;
- İnkişafa yönümlü və innovativ;
- Operativlik və çeviklik;
- Nəticə yönümlü.