Bakı,
Azərbaycan
28/11/2025
-
28/12/2025
İş haqqında məlumat
- Video Çəkilişi;
- Məhsulların (balıq, dəniz məhsulları, vitrin və s.) peşəkar video çəkilişini aparmaq;
- Mağaza, anbar və istehsal prosesləri üçün qısa video kontentlər yaratmaq;
- Kampaniya və reklam videoları üçün çekiliş planı hazırlamaq;
- Montaj və Post-Produksiya;
- Çəkilmiş videoların montajını həyata keçirmək;
- Rəng korreksiyası, səs balansı, keçidlər və effektlər əlavə etmək;
- Kontentləri sosial media format və tələblərinə uyğunlaşdırmaq;
- Sadə motion elementlər, intro/outro və animasiyalar hazırlamaq.
- Sosial Mediaya Uygun Kontent Hazırlığı
- Instagram Reels, TikTok, YouTube Shorts və digər platformalar üçün qısa videolar hazırlamaq;
- Sosial media trendlərini izləmək və trendlərə uyğun kreativ ideyalar təklif etmək;
- Marketinq planına uyğun həftəlik video materialların hazırlanmasını təmin etmək.
Texniki Öhdəliklər
- Çəkiliş materiallarının (RAW, video, audio) səliqəli saxlanması;
- Faylların düzgün formatda arxivlənməsi və təhvil verilməsi;
- Avadanlıqların sazlığını və istifadəyə hazır olmasının yoxlanması.
Tələblər
Namizəd aşağıdakı proqramlarla işləməyi mütləq bacarmalıdır:
- Adobe Premiere Pro (montaj);
- Adobe After Effects (motion, sadə animasiya);
- CapCut (sürətli sosial media videoları üçün).
Üstünlük verilir:
- Foto və video çəkim texnikasını yaxşı bilmək;
- Rəng korreksiyası bilikləri;
- Sosial media trendlərindən xəbərdar olmaq.
Müraciət etmək istəyən namizədlər öz CV-ni "CV göndər📤" düyməsindən istifadə edərək göndərə bilər.