Bakı,
Azərbaycan
23/01/2026
-
06/02/2026
İş haqqında məlumat
- Klinikada tibbi xidmətlər, həkimlər və pasiyent yönümlü kontent üçün video çəkilişlərin həyata keçirilməsi;
- Sosial şəbəkələr (İnstagram, TikTok, YouTube, Reels) üçün qısa və uzun formatlı videoların hazırlanması;
- Video montaj, rəng korreksiyası və əsas səs tənzimləmələrinin icrası;
- Həkim müsahibələri, maarifləndirici tibbi videolar və promo çarxların çəkilişi;
- Marketinq komandası ilə birgə kontent planına uyğun işləmək;
- Klinik brend üslubuna və etik tibbi kommunikasiya qaydalarına uyğun kontent istehsalı;
- Çəkiliş prosesinin təşkili (işıq, kadr, kompozisiya, səs);
- Video kontentin vaxtında və tələb olunan keyfiyyətdə təhvil verilməsi;
- Mövcud video trendlərini izləmək və klinika üçün uyğunlaşdırmaq;
- Lazım olduqda açıq hava və daxili məkan çəkilişlərinin icrası.
İş şəraiti:
- İş qrafiki: 5 gün, saat 09:00 -18:00;
- Əmək haqqı: 800-900 Azn.
Tələblər
- Ali təhsil;
- Videoqraf və ya oxşar sahədə minimum 3 il iş təcrübəsi;
- Professional kamera ilə işləmək bacarığı;
- Video montaj proqramlarında praktiki təcrübə
- (Adobe Premiere Pro, After Effects – üstünlükdür) ;
- İşıqlandırma, kadr quruluşu və kompozisiya bilikləri;
- Sosial media üçün video formatlar barədə anlayış (Reels, TikTok, Shorts) ;
- Vaxt idarəetməsi və deadline-lara əməl etmə;
- Komanda ilə işləmək və verilən tapşırıqları müstəqil icra etmək bacarığı;
- Azərbaycan dilində sərbəst ünsiyyət;
- Portfolionun mövcud olması (link və ya fayl şəklində).
Müraciət etmək istəyən namizədlər öz CV-ni "CV göndər📤" düyməsindən istifadə edərək göndərə bilər.