Step Consulting LLC
1000 - 1500 ₼
1110
Tam iş günü
Bakı, Azərbaycan
18/05/2026 - 01/06/2026

İş haqqında məlumat

  • Şirkətin restoran, təhsil və digər layihələri üzrə reklam, təqdimat və sosial media üçün video çəkilişlərinin həyata keçirilməsi;
  • Promo, Reels, TikTok, Story, corporate və event formatlarında kreativ video kontentlərin hazırlanması;
  • Food & beverage, lifestyle, event və atmosphere kontentlərinin çəkilməsi;
  • Çəkilmiş materialların montaj olunması və sosial media platformalarına uyğun formatlanması;
  • Adobe Premiere Pro, After Effects və digər proqramlar vasitəsilə montaj, rəng korreksiyası və post-prodakşn işlərinin aparılması;
  • Videolar üzərində keçidlər, musiqi, titrlər, effektlər, color correction və səs uyğunlaşdırılması işlərinin icrası;
  • Çəkiliş ssenarilərinin hazırlanması və yaradıcı kontent ideyalarının təklif olunması;
  • Foto çəkilişlərin həyata keçirilməsi və materialların arxivləşdirilməsi;
  • Instagram, TikTok və YouTube platformaları üçün optimallaşdırılmış kontentlərin hazırlanması;
  • Marketinq və SMM komandası ilə birlikdə kontent planlamasında iştirak;
  • Viral və trend kontent formatlarının araşdırılması və tətbiqi;
  • Mövsümi kampaniyalar, tədbirlər və xüsusi layihələr üçün kontent hazırlanması;
  • Çəkiliş avadanlıqlarından texniki qaydalara uyğun istifadə olunması;
  • Kontentlərin vaxtında təhvil verilməsinin təmin edilməsi.

Təklif edirik:

  • Əmək haqqı: 1000–1500 AZN;
  • Satış hədəflərinə uyğun bonus sistemi;
  • Azərbaycan Respublikası Əmək Məcəlləsinə uyğun rəsmi işə qəbul;
  • Müasir avadanlıq və texniki dəstək;
  • Stabil və yaradıcı iş mühiti;
  • Maraqlı layihələr və eventlər üzərində işləmək imkanı;
  • Peşəkar inkişaf və karyera yüksəlişi perspektivi;
  • Nahar şirkət tərəfindən təmin olunur.

Tələblər

  • İş təcrübəsi: Video çəkiliş və montaj sahəsində minimum 2 il; (Restoran, hospitality, entertainment, retail və ya təhsil sahəsində təcrübə üstünlükdür)
  • Təhsil: Media, Kino/Video istehsalı, Dizayn, Marketinq və ya əlaqəli sahə üzrə təhsil üstünlükdür;

Tələb olunan bilik və bacarıqlar:

  • Adobe After Effects və digər montaj proqramları üzrə biliklər;
  • Professional video çəkilişi üzrə praktiki biliklər;
  • İşıqlandırma və audio istifadəsi üzrə biliklər;
  • Kadr quruluşu, kompozisiya və vizual estetika anlayışı;
  • Rəng korreksiyası və post-prodakşn üzrə biliklər;
  • Sosial media dinamikası və kontent trendləri üzrə biliklər;
  • Adobe Premiere Pro proqramında peşəkar səviyyədə işləmək bacarığı;
  • Reels, TikTok və YouTube Shorts formatlarında dinamik montaj bacarığı;
  • Storytelling və kreativ kontent hazırlamaq bacarığı;
  • Detallara diqqət və yaradıcı düşüncə;
  • Komanda ilə işləmək bacarığı;
  • Operativ işləmək və deadline-lara riayət etmək bacarığı;
  • Yeni texnologiya və trendlərə sürətli adaptasiya.

Müraciət etmək istəyən namizədlər öz CV-ni "CV göndər📤" düyməsindən istifadə edərək göndərə bilər.

 

Diqqət! İşə düzəltmək məqsədi ilə heç bir şəxs və ya qurum sizdən əvvəlcədən ödəniş tələb edə bilməz!  Dələduzluq hallarından qorunmaq üçün diqqətli olun.