Holcim Azerbaijan

Visual Creator Designer

Holcim Azerbaijan
Ə/h razılaşma ilə
421
Tam iş günü
Bakı, Azərbaycan
30/04/2026 - 14/05/2026

İş haqqında məlumat

Qrafik və 3D dizayn:

  • Marketinq materialları üçün əsas vizualların (POSM, çöl reklamı, rəqəmsal bannerlər, poliqrafiya) hazırlanması.
  • 3D modelləşdirmə və vizuallaşdırma (məhsulların mühitə inteqrasiyası, layihə konseptləri).
  • Qrafikaların və mokapların (mockup) yaradılması (o cümlədən süni intellekt (AI) alətlərindən istifadə etməklə).

Motion-dizayn:

  • Sosial şəbəkələr (Instagram, TikTok, LinkedIn) üçün 2D animasiya və motion-qrafikaların hazırlanması.

Podratçıların koordinasiyası və texniki nəzarət:

  • İcraçılarla iş: 2 ştatdankənar dizaynerin (podratçının) işinin koordinasiyası. Brifinq verilməsi, maketlərin keyfiyyətinin yoxlanılması, son nəticənin təsdiqlənməsi və müddətlərə (deadline) nəzarət.
  • Texniki spesifikasiyalar: Çap bukletlərindən tutmuş iriqabaritli sərgi stendlərinə qədər istehsalat üçün dəqiq parametrlərin, ölçülərin və çertyojların (sxemlərin) hazırlanması və təqdim edilməsi.
  • Position Type: Full-time

Tələblər

  • Adobe Creative Cloud (Photoshop, Illustrator, After Effects) proqramlarını mükəmməl səviyyədə bilmək.
  • 3D redaktorlarında (Blender, Cinema 4D və ya analoqları) iş təcrübəsi.
  • Corel Draw proqramını bilmək və çapaqədərki hazırlıq (pre-press) standartlarını dərindən mənimsəmək.
  • Art-direkşn (Art-direction) təcrübəsi: frilanserlərə/podratçılara tapşırıqları düzgün vermək və istənilən nəticəni əldə etmək bacarığı.
  • Texniki savadlılıq: istehsal proseslərini (materiallar, çap xüsusiyyətləri, stend quraşdırıcılarının tələbləri) anlamaq.
  • Aktual portfolionun olması (linkin qeyd olunması mütləqdir).

Müraciət etmək istəyən namizədlər öz CV-ni "CV göndər📤" düyməsindən istifadə edərək göndərə bilər.

 

Diqqət! İşə düzəltmək məqsədi ilə heç bir şəxs və ya qurum sizdən əvvəlcədən ödəniş tələb edə bilməz!  Dələduzluq hallarından qorunmaq üçün diqqətli olun.