FT

Viza mütəxəssisi/ Koordinator

FM Tour
600 - 1000 ₼
1684
Tam iş günü
Bakı, Azərbaycan
03.11.2025 05:29 - 03.12.2025 12:00

İş haqqında məlumat

Səyahəti sevən, insanlarla ünsiyyətdə aktiv və detallara diqqətli biri sənsə — komandamıza qoşul!
Biz viza xidmətləri sahəsində dinamik, məsuliyyətli və yaradıcı Viza Mütəxəssisi / Koordinator axtarırıq.

  • Müştərilərdən gələn zəng, e-poçt və sosial şəbəkə sorğularını vaxtında, nəzakətli və peşəkar şəkildə cavablandırmaq;
  • Müştərilərə viza prosedurları, tələb olunan sənədlər və müraciət qaydaları barədə dəqiq və aktual məlumat vermək;
  • Şengen, ABŞ, İngiltərə və digər ölkələr üçün viza ərizələrinin düzgün hazırlanması, sistemə daxil edilməsi və izlənilməsi;
  • Müraciət üçün tələb olunan sənədlərin tamlığını və düzgünlüyünü yoxlamaq, müştərilərə istiqamət vermək;
  • Konsulluqlar, səfirliklər və digər rəsmi qurumlarla yazışmaların və əlaqələrin idarə olunması;
  • Müştəri məmnuniyyətinin təmin olunması və xidmət keyfiyyətinin qorunması

Əmək haqqı və bonuslar:

  • Əmək haqqı: 600 – 1000 AZN (təcrübə və bacarıqlara görə dəyişir);
  • Bonuslar: Viza müraciətlərinin uğurla tamamlanması və hədəflərin yerinə yetirilməsinə görə əlavə mükafatlar.

İş qrafiki:

  • Bazar ertəsi – Cümə: 10:00 dan– 18:00 dək;
  • Şənbə: 10:00 dan – 16:00 dək.

Səyahət sevən komandaya sən də qoşul!
CV-ni e-poçt vasitəsilə göndər və mövzu hissəsində “Viza Mütəxəssisi” yazmağı unutma.

Tələblər

  • Turizm və ya viza xidməti sahəsində minimum 1 il təcrübə;
  • Şengen, ABŞ, İngiltərə və digər istiqamətlər üzrə viza prosedurlarını və sənəd tələblərini yaxşı bilmək;
  • Müştərilərlə ünsiyyət, təqdimat və inandırma bacarığı yüksək səviyyədə;
  • Aktiv, məsuliyyətli, detallara diqqətli və nəticəyə yönəlmiş;
  • Azərbaycan dilində sərbəst, rus və ya ingilis dili biliyi üstünlükdür;
  • Komandada işləməyi bacaran, müştəri yönümlü və pozitiv yanaşmaya malik.


Oxşar vakansiyalar