Santral Elektrik LTD

Vizual kontent üzrə mütəxəssis

Santral Elektrik LTD
700 ₼
4333
Tam iş günü
Bakı, Azərbaycan
23.09.2025 05:20 - 23.10.2025 12:00

İş haqqında məlumat

  • Məhsulun təqdimatını əhatə edən videoların hazırlanması və izləyicilərə cəlbedici şəkildə çatdırılması;
  • Məhsulun vizual aspektlərini ön plana çıxaran, yüksək keyfiyyətli estetik çəkilişlərin aparılması;
  • Canlı yayımların texniki, vizual və məzmun baxımından tam idarə olunması və izləyicilərin suallarının vaxtında cavablandırılması;
  • Video və foto montajının peşəkar səviyyədə həyata keçirilməsi, sosial media üçün optimallaşdırılmış kontentin yaradılması;
  • Şirkət saytında məhsul şəkillərinin və məlumatlarının müntəzəm yenilənməsi;
  • Sosial media strategiyasına uyğun kreativ ideyaların hazırlanması və tətbiqi ilə izləyici bazasının və satışların artırılması;
  • Satış şöbəsi ilə sıx əməkdaşlıqda təqdim olunan kontentin satış göstəricilərinə təsirinin təhlili və ROI və konversiya analizi ilə bağlı rəhbərliyə təhlil təqdim etmək;
  • Müntəzəm olaraq (gündəlik, həftəlik, aylıq) satış və sosial media komandası ilə əlaqə saxlayaraq nəticələrin toplanması və rəhbərliyə hesabat verilməsi;
  • Şirkətin daxili prosedur və etik qaydalarına riayət etmək; tapşırıqları məsuliyyətlə və keyfiyyətlə yerinə yetirmək;
  • Öz vəzifə və kvalifikasiyasına uyğun olaraq əsas vəzifə öhdəliklərindən əlavə, rəhbərliyin tapşırığı əsasında digər aidiyyəti işləri də vaxtında və keyfiyyətlə yerinə yetirməlidir.

Tələblər

  • Kamerada sərbəst danışıq və təqdimat bacarığı;
  • Yaradıcılıq və təqdimat sahəsində istək və həvəs;
  • Yüksək ünsiyyət bacarığı və müştərilərlə səmimi dialoq qurmaq;
  • Kreativ düşüncə və detallara diqqət;
  • Xarizmatik görünüş və pozitiv enerji;
  • Öyrənməyə və inkişaf etməyə açıq olmaq;
  • Əlavə bacarıqlar üstünlükdür: Saytın kontent yenilənməsi, foto sayta əlavə etmə, Video montaj proqramlarında işləmə bacarığı (CapCut, InShot və s.).


Oxşar vakansiyalar