hrin.az
Reklam
Brend House

Vizual merçendayzer

Brend House

Əmək haqqı: 600 ₼ və üzəri

4319 noyabr 2026
Təcrübə1-3 il
İş qrafikiTam iş günü
ŞəhərBakı
CinsFərq etməz
YaşYaş fərqi yoxdur
Kompüter bilikləriYoxdur
TəhsilTam orta
Azərbaycan diliYaxşı
Rus diliYoxdur
İngilis diliYoxdur

İş haqqında

Vakansiya: Vizual Merçendayzer

Vəzifə öhdəlikləri:

  • Şirkətin vizual merçendayzinq standartlarına uyğun olaraq mağaza və vitrinlərin tərtibatını həyata keçirmək;
  • Mövsümi kolleksiyaların, yeni məhsulların və kampaniyaların mağaza daxilində düzgün yerləşdirilməsini təmin etmək;
  • Manekenlərin müasir moda trendlərinə uyğun geyindirilməsini həyata keçirmək;
  • Məhsul qruplarının satış göstəricilərini nəzərə alaraq ekspozisiya planlarını tətbiq etmək;
  • Mağazanın ümumi görünüşünə və vizual standartlara gündəlik nəzarət etmək;
  • Satış komandası ilə koordinasiyalı şəkildə çalışaraq məhsulların təqdimatını optimallaşdırmaq;
  • Görülən işlər üzrə foto hesabatlar hazırlayaraq rəhbərliyə təqdim etmək.

Namizədlərə tələblər:

  • Təhsil: Tələb olunmur;
  • İş təcrübəsi: Vizual merçendayzinq, moda, dizayn və ya pərakəndə satış sahəsində minimum 1 il təcrübə;
  • Moda trendləri və müasir vitrin tərtibatı prinsipləri barədə məlumatlı olmaq;
  • Yüksək estetik zövq və kreativ yanaşma;
  • Məkan planlaması və rəng uyğunluğu üzrə biliklər;
  • Operativ qərarvermə və problem həll etmə bacarığı;
  • Komandada işləmək və effektiv ünsiyyət qurmaq bacarığı.

İş şəraiti:

  • İş qrafiki: 6 günlük iş rejimi;
  • İş yeri: Bakı şəhəri və ətraf ərazilərdə yerləşən mağazalar (Əhmədli, Yasamal, İnşaatçılar, Xırdalan, Sabunçu, Binəqədi, Gəncə, Biləcəri, Lökbatan və digər filiallar).

Əmək haqqı və təminatlar:

  • Başlanğıc aylıq əmək haqqı: 600 AZN;
  • Əmək münasibətləri Azərbaycan Respublikasının Əmək Məcəlləsinə uyğun olaraq rəsmiləşdirilir;
  • Rəsmi əmək müqaviləsi və qanunvericiliyə uyğun əmək təminatları.
Reklam