Bakı,
Azərbaycan
22/05/2026
-
05/06/2026
İş haqqında məlumat
- Verilmiş texniki tapşırığa, brifə əsasən ilkin eskizlərin, 3D modellərin və renderlərin hazırlanması
- Dizayn zamanı formalaşdırdığı işin texniki detalları haqqında məlumatlı olmaq;
- Material seçimi, işıqlandırma və struktura uyğun realistik vizualizasiyaların yaradılması;
- Layihələrin ilkin mərhələsində detallı axtarış etmək, sahə analizləri aparmaq, ilkin dizayn yanaşmasını təmin etmək;
- Layihələndirmə məlumatlarını analiz etmək, ehtiyac və hədəflərə uyğunluğu barədə rəhbərliyə tövsiyələrlə birgə hesabat təqdim etmək;
- Layihələndirmə məlumatlarının Azərbaycan Respublikası qanunvericiliyinin, şəhərsalma və tikintiyə dair normativ sənədlərin, eləcə də əvvəlcədən təyin edilmiş Beynəlxalq standartların tələblərinə uyğun hazırlanmasını təmin etmək;
Ümumi məlumat:
- İş yeri: Bakı şəhəri;
- İş rejimi: 5 gün/ 09:00 – 18:00;
- Nahar fasiləsi: 13:00 – 14:00;
- Əmək haqqı – 2500 AZN;
- Azərbaycan Respublikasının Əmək Məcəlləsinə əsasən işə qəbul.
Tələblər
- Ali təhsil (müvafiq sahədə);
- Memar vəzifəsində iş təcrübəsi (5 il);
- Kompüter bilikləri – SketchUp, AutoCAD, ArchiCAD, 3Dsmax, Adobe Photoshop, V-Ray, Corona və s.;
- Tikinti norma və qaydalarına dair biliklər;
- İşin vaxtında və keyfiyyətli təhvil verilməsi, müstəqil və qrup daxilində işləmək bacarığı.
Müraciət etmək istəyən namizədlər öz CV-ni "CV göndər📤" düyməsindən istifadə edərək göndərə bilər.
Diqqət! İşə düzəltmək məqsədi ilə heç bir şəxs və ya qurum sizdən əvvəlcədən ödəniş tələb edə bilməz! Dələduzluq hallarından qorunmaq üçün diqqətli olun.