Santral Elektrik LTD

WEICON üzrə Brend Meneceri

Santral Elektrik LTD
Ə/h razılaşma ilə
897
Tam iş günü
Bakı, Azərbaycan
06/04/2026 - 20/04/2026

İş haqqında məlumat

WEICON — sənaye yapışdırıcıları, sızdırmazlıq materialları və texniki kimya sahəsində beynəlxalq Alman brendidir.

Santral Elektrik QSC olaraq WEICON məhsullarının Azərbaycanda inkişafı və bazarda mövqeyinin gücləndirilməsi üçün Brend Meneceri axtarırıq.

İş yeri: Bakı şəhəri, Dərnəgül, Ziya Bünyadov pr 2071

  • Müştərilərlə (zavodlar, istehsalat müəssisələri və s.) görüşlərin keçirilməsi
  • Mühəndislərlə texniki təqdimatların aparılması
  • WEICON məhsullarının üstünlüklərinin izahı və tətbiq sahələrinin göstərilməsi
  • Yeni müştərilərin cəlb edilməsi və bazarın genişləndirilməsi
  • Mövcud müştəri bazası ilə işləmək və əlaqələri inkişaf etdirmək
  • Satış planlarının icrası və nəticələrin izlənməsi
  • WEICON brendinin bazarda mövqeyinin gücləndirilməsi üzrə fəaliyyətlər
  • Rəqib məhsulların və bazar trendlərinin analiz edilməsi

Təlim və inkişaf

  • Seçilmiş namizəd üçün WEICON üzrə Türkiyədə 2 həftəlik rəsmi təlim proqramı.
  • Beynəlxalq standartlara uyğun texniki biliklərin artırılması.
  • Karyera inkişafı və peşəkar yüksəliş imkanı.

Təklif edirik

  • Əmək haqqı: Rəqabətli əməkhaqqı + satış bonusları. Müsahibə zamanı namizədin bilik və bacarığına uyğun təyin olunacaqdır.
  • İş qrafiki: 5 günlük rəsmi iş qrafiki
  • Beynəlxalq brendlə işləmək imkanı (WEICON).
  • Dinamik və inkişaf yönümlü mühit.

Tələblər

  • Təhsil: Ali təhsil 
  • İş təcrübəsi: Tələb olunan sahədə 1-3 il 
  • Dil bilikləri: Azərbaycan dili sərbəst; Rus və İngilis dilləri arzuolunandır
  • Kompyuter bilikləri: MS Office, 1C proqramında iş təcrübəsi
  • Əlavə: Satış və ya texniki satış təcrübəsi üstünlükdür

Müraciət etmək istəyən namizədlər öz CV-ni "CV göndər📤" düyməsindən istifadə edərək göndərə bilər.

 

Diqqət! İşə düzəltmək məqsədi ilə heç bir şəxs və ya qurum sizdən əvvəlcədən ödəniş tələb edə bilməz!  Dələduzluq hallarından qorunmaq üçün diqqətli olun.