Bakı,
Azərbaycan
03/07/2026
-
17/07/2026
İş haqqında məlumat
- Ofis, istehsalat və ümumi istifadə sahələrinin gündəlik təmizliyini təmin etmək.
- Döşəmələrin süpürülməsi, silinməsi və sanitar qaydalara uyğun saxlanılması.
- Sanitar qovşaqların (WC), mətbəxin və istirahət otaqlarının təmizlənməsi və dezinfeksiyası.
- Zibil qutularını boşaltmaq və tullantıları müəyyən olunmuş qaydada toplamaq.
- Təmizlik vasitələrinin və gigiyenik ləvazimatların (sabun, kağız dəsmal, tualet kağızı və s.) mövcudluğunu nəzarətdə saxlamaq və çatışmazlıqları bildirmək.
- Pəncərə, qapı, mebel və digər səthlərin mütəmadi olaraq təmizlənməsini təmin etmək.
- Təmizlik işlərini müəssisənin daxili qaydalarına, əməyin mühafizəsi və təhlükəsizlik tələblərinə uyğun yerinə yetirmək.
- İstifadə etdiyi təmizlik avadanlıqlarını və vasitələrini düzgün və təhlükəsiz şəkildə istifadə etmək.
- Rəhbərlik tərəfindən verilən digər təmizlik və təsərrüfat xarakterli tapşırıqları vaxtında icra etmək.
- Təmizlik zamanı müəssisənin əmlakına və avadanlıqlarına diqqətlə yanaşmaq, aşkar edilən nasazlıqlar barədə rəhbərliyə məlumat vermək.
İmkanlar və Əlavə Qeydlər
- Könüllü tibbi sığorta
- Karyera inkişafı və peşəkar təlim imkanları
- Beynəlxalq texnologiya tərəfdaşları ilə işləmək imkanı
- İrimiqyaslı istehsalat və texnologiya layihələrində iştirak
- Təşəbbüs və innovativ ideyalara dəstək
- 5 günlük iş qrafiki (09:00–18:00)
- İş yeri: istehsalat sahəsi
Tələblər
- Təhsil: Minimum orta təhsil.
- İş təcrübəsi: Müvafiq sahədə minimum 1 il iş təcrübəsinə üstünlük verilir (təcrübəsiz namizədlərə də baxıla bilər).
- Kompüter bilikləri: Tələb olunmur.
Dil bilikləri:
- Azərbaycan dili – mütləq
Səriştələr:
- Təmizlik və gigiyena qaydalarını bilmək.
- Təmizlik avadanlıqları və vasitələrindən düzgün istifadə etmək bacarığı.
- Məsuliyyətli və intizamlı olmaq.
- Səliqəli və diqqətli işləmək.
- Vaxtın səmərəli idarə olunması.
- Komandada işləmək bacarığı.
- Tapşırıqları vaxtında və keyfiyyətlə yerinə yetirmək.
- Əməyin mühafizəsi və təhlükəsizlik qaydalarına riayət etmək.
- Fiziki iş qabiliyyəti və çeviklik.
- Dürüstlük, etibarlılıq və məxfilik prinsiplərinə riayət etmək.
Müraciət etmək istəyən namizədlər öz CV-ni "CV göndər📤" düyməsindən istifadə edərək göndərə bilərlər.
Diqqət! İşə düzəltmək məqsədi ilə heç bir şəxs və ya qurum sizdən əvvəlcədən ödəniş tələb edə bilməz! Dələduzluq hallarından qorunmaq üçün diqqətli olun