Bakı,
Azərbaycan
01/09/2026
-
15/09/2026
İş haqqında məlumat
- Biznes mərkəzinin inzibati və ümumi istifadə sahələrinin gündəlik təmizliyini və səliqəsini təmin etmək.
- Ofis otaqları, dəhlizlər, foyelər, pilləkənlər, liftlər və digər ümumi əraziləri təmizləmək.
- Sanitar qovşaqların mütəmadi təmizlənməsi və dezinfeksiya edilməsini təmin etmək.
- Döşəmə, xalça, şüşə, qapı, mebel və digər səthlərin təmizliyini həyata keçirmək.
- Zibil qutularını vaxtında boşaltmaq və tullantıları müəyyən olunmuş yerlərə çıxarmaq.
- Təmizlik vasitələrindən və avadanlıqlardan təyinatına uyğun və təhlükəsizlik qaydalarına riayət etməklə istifadə etmək.
- Təmizlik vasitələrinin və inventarın səliqəli saxlanılmasını təmin etmək, çatışmazlıq və nasazlıqlar barədə rəhbərliyə məlumat vermək.
- İş yerində gigiyena, sanitariya və əməyin mühafizəsi qaydalarına riayət etmək.
- Biznes mərkəzində təmizliyin və səliqənin yüksək səviyyədə saxlanılmasına nəzarət etmək.
- Zərurət yarandıqda tədbir, iclas və digər təşkilati fəaliyyətlərdən əvvəl və sonra ərazilərin təmizliyini təmin etmək.
- Təmizlənən ərazilərdə əmlaka və avadanlıqlara ehtiyatla yanaşmaq, aşkar edilmiş nasazlıq və ya zədələnmələr barədə məsul şəxsə məlumat vermək.
Tələblər
- Rəhbərliyin tapşırığı ilə vəzifə səlahiyyətləri çərçivəsində digər təsərrüfat və təmizlik işlərini yerinə yetirmək.
- İş vaxtı intizamına, daxili əmək qaydalarına və biznes mərkəzinin müəyyən etdiyi davranış qaydalarına riayət etmək.
- İşçilərin və ziyarətçilərin şəxsi məlumatlarının və biznes mərkəzində əldə etdiyi digər məxfi məlumatların məxfiliyini qorumaq.
- İş zamanı aşkar olunan təhlükəli vəziyyətlər, su sızması, elektrik və ya digər texniki problemlər barədə dərhal məsul şəxsə məlumat vermək.