ARI Global

Xaricdə Təhsil İşləri üzrə Mütəxəssis

ARI Global
Ə/h razılaşma ilə
412
Tam iş günü
Bakı, Azərbaycan
31/03/2026 - 14/04/2026

İş haqqında məlumat

  • Xarici təhsil müəssisələrinin qəbul şərtləri və proqramlarının mütəmadi araşdırılması;
  • Tələbələrə ölkə, şəhər, universitet və ixtisas seçimi üzrə peşəkar məsləhətlərin verilməsi;
  • Qeydiyyat və müraciət proseslərinin düzgün təşkili və sənədləşmənin idarə olunması;
  • Tələbələrin müraciətlərinin xarici təhsil müəssisələrinə təqdim edilməsi və prosesin davamlı təqibi;
  • Zərurət yarandıqda valideynlərlə konsultativ görüşlərin keçirilməsi.

Biz təklif edirik:

  • Beynəlxalq təhsil sahəsində inkişaf və karyera imkanları;
  • Peşəkar və dinamik iş mühiti;
  • Rəqabətqabiliyyətli əməkhaqqı və bonus sistemi;
  • Stabil və uzunmüddətli əməkdaşlıq imkanı.

Tələblər

  • Müvafiq sahə üzrə minimum 2 il iş təcrübəsi;
  • İngilis, Rus və ya Alman dili biliyi (ən azı birinin yaxşı səviyyədə olması mütləqdir);
  • MS Office proqramları ilə işləmək bacarığı;
  • Güclü araşdırma, planlama və qərarvermə bacarıqları;
  • Yüksək ünsiyyət və təqdimat qabiliyyəti;
  • Məsuliyyətlilik, dəqiqlik və müştəriyönümlü yanaşma.

Müraciət etmək istəyən namizədlər öz CV-ni "CV göndər📤" düyməsindən istifadə edərək göndərə bilər.

 

Diqqət! İşə düzəltmək məqsədi ilə heç bir şəxs və ya qurum sizdən əvvəlcədən ödəniş tələb edə bilməz!  Dələduzluq hallarından qorunmaq üçün diqqətli olun.