QAFQAZ Təhsil Mərkəzi

Xaricdə Təhsil Paketləri üzrə Satış Meneceri

QAFQAZ Təhsil Mərkəzi
Ə/h razılaşma ilə
152
Tam iş günü
Bakı, Azərbaycan
07/08/2026 - 21/08/2026

İş haqqında məlumat

Xaricdə təhsil sahəsində fəaliyyət göstərən komandamıza Xaricdə Təhsil Paketləri üzrə Satış Meneceri vəzifəsi üzrə yeni əməkdaş axtarırıq.

  • Xaricdə təhsil paketlərinin müştərilərə təqdim olunması və satışı;
  • Potensial müştərilərlə görüş və danışıqların aparılması;
  • Müştərilərə peşəkar konsultasiya xidmətinin göstərilməsi;
  • Müştəri bazasının formalaşdırılması və idarə olunması;
  • Satış planının icra edilməsi və aylıq hədəflərin yerinə yetirilməsi.

Əməkhaqqı: Yüksək fix əməkhaqqı + yüksək bonus sistemi.

Təklif edirik:

  • Yüksək əməkhaqqı
  • Satış nəticələrinə əsasən yüksək bonus sistemi
  • Karyera yüksəlişi və peşəkar inkişaf imkanı
  • Peşəkar və dinamik iş mühiti
  • Davamlı təlim və inkişaf proqramları
     

Tələblər

  • Ali təhsil;
  • Güclü ünsiyyət, təqdimat və satış bacarığı;
  • Məsuliyyətli, təşəbbüskar və nəticəyönümlü olmaq;
  • Komanda ilə işləmək bacarığı;
  • MS Office proqramlarından istifadə bacarığı;
  • Satış sahəsində iş təcrübəsi olan namizədlərə üstünlük verilir. Xaricdə təhsil sahəsində təcrübə arzuolunandır.

Müraciət etmək istəyən namizədlər öz CV-ni "CV göndər📤" düyməsindən istifadə edərək göndərə bilərlər.

 

Diqqət! İşə düzəltmək məqsədi ilə heç bir şəxs və ya qurum sizdən əvvəlcədən ödəniş tələb edə bilməz!  Dələduzluq hallarından qorunmaq üçün diqqətli olun


Oxşar vakansiyalar