Bakı,
Azərbaycan
06/03/2026
-
20/03/2026
İş haqqında məlumat
Xaricdə təhsil üzrə güclü və təşəbbüskar mütəxəssis axtarırıq.
Bizim üçün bu rol sadəcə universitetlərlə işləmək deyil. Axtardığımız namizəd həm tələbələrlə peşəkar işləməyi bacarmalı, həm də universitetləri sosial mediada düzgün, aydın və maraqlı şəkildə təqdim etməyi bacarmalıdır.
Vəzifə öhdəlikləri:
- Xaricdə təhsil üzrə aktiv satış və təqdimat bacarıqları
- Tələbələrə proqram seçimi ilə bağlı peşəkar məsləhətlərin verilməsi
- Qəbul və sənədləşmə prosesinin idarə olunması
- Universitetlər haqqında məlumatların sosial media üçün sistemli və anlaşılan formada hazırlanması
- Yeni ideyalar təklif etmək və proseslərin inkişafına töhfə vermək
İş şərtləri:
- İş saatı: 10:00 – 18:00
- Həftə içi 6 gün (Şənbə: 10:00 – 16:00)
- Əmək haqqı: müsahibə əsasında maaş + bonus sistemi
Tələblər
- İngilis dili biliyi mütləqdir (rus dili biliyi arzuolunandır)
- Minimum 1 il iş təcrübəsi
- Məlumatı qısa, dəqiq və anlaşılan şəkildə təqdim etmə bacarığı
- Ünsiyyətcil, səliqəli və enerjili xanım namizəd
- Problem həll etmə bacarığı güclü olan, təşəbbüskar və daim yeni ideyalarla çıxış edən biri
Qeyd:
- Tələbələrin müraciəti qəbul edilmir.
- Namizəd şirkətin sosial media hesablarında video paylaşımlarda görünməyə açıq olmalıdır.
Müraciət etmək istəyən namizədlər öz CV-ni "CV göndər📤" düyməsindən istifadə edərək göndərə bilər.
Diqqət! İşə düzəltmək məqsədi ilə heç bir şəxs və ya qurum sizdən əvvəlcədən ödəniş tələb edə bilməz! Dələduzluq hallarından qorunmaq üçün diqqətli olun.