Bakı,
Azərbaycan
04/12/2025
-
11/12/2025
İş haqqında məlumat
- Xarici təchizatçılardan malların idxalı prosesini (Import) əvvəldən sona qədər idarə edilməsi, yüklərin növünə uyğun olaraq optimal nəqliyyat növünün (quru, hava, dəniz) seçilməsi.
- Yerli və xarici logistika şirkətləri, ekspeditorlar və brokerlərlə əlaqələrin qurulması, qiymət təkliflərinin alınması, təhlil edilməsi və ən sərfəli variantın seçilməsi üzrə danışıqların aparılması
- İdxal prosesi üçün tələb olunan sənədlərin (Invoice, Packing List, CMR, Certificate of Origin və s.) düzgünlüyünün yoxlanılması və vaxtında aidiyyəti qurumlara/brokerə təqdim edilməsi
- Yüklərin hərəkət qrafikini gündəlik izləmək, gecikmə riskləri yarandıqda proaktiv həll yolları tapmaq və bu barədə şöbə rəhbərliyini məlumatlandırmaq;
- Daşıma xərclərinin optimallaşdırılması və büdcəyə uyğunluğunun təmin edilməsi, fakturaların yoxlanılması və maliyyə şöbəsinə təhvil verilməsi;
- Tədarük Zənciri Şöbə Müdirinə həftəlik və aylıq status hesabatlarının, həmçinin KPI göstəricilərinin təqdim edilməsi;
- Yüklərin sığortalanması prosesinin təşkili və daşınma zamanı yaranan xəsarət/itki hallarında sığorta şirkətləri ilə iddia (claim) prosesinin aparılması.
Digər məlumatlar:
- Nahar və servis ilə təmin edilmə
- Əmək bazarına uyğun rəqabətli əmək haqqı
- 5 günlük tam iş qrafiki
- Korporativ mobil nömrə
Tələblər
- Ali təhsil(Logistika, Tədarük Zənciri, Beynəlxalq Münasibətlər və ya İqtisadiyyat sahəsində)
- Beynəlxalq daşımalar və ya logistika sahəsində minimum 1-3 il iş təcrübəsi (Retail/Pərakəndə satış sektorunda təcrübə üstünlükdür)
- Xarici dil biliyi: İngilis dili yaxşı səviyyədə, Rus dili arzuolunandır
- MS Office proqramları (xüsusilə Excel – Pivot table, Vlookup), ERP sistemləri ilə işləmək bacarığı
- Incoterms 2020 qaydalarını və gömrük qanunvericiliyinin əsaslarını bilmək
- Analitik düşünmə qabiliyyəti və komanda ilə işləmə bacarığı.
Vakansiya ilə bağlı müraciət etmək istəyənlər “Xarici logistika üzrə mütəxəssis” adını mövzu hissəsində qeyd etməklə CV formalarını "CV göndər📤" düyməsindən istifadə edərək göndərə bilər.