Bakı,
Azərbaycan
09/01/2026
-
23/01/2026
İş haqqında məlumat
- Xarici təchizatçılardan malların idxalı prosesini (Import) əvvəldən sona qədər idarə edilməsi, yüklərin növünə uyğun olaraq optimal nəqliyyat növünü (quru, hava, dəniz) seçmək;
- Yerli və xarici logistika şirkətləri, ekspeditorlar və brokerlərlə əlaqələrin qurulması, qiymət təkliflərinin alınması, təhlil edilməsi və ən sərfəli variantın seçilməsi üzrə danışıqları aparmaq;
- İdxal prosesi üçün tələb olunan sənədlərin (Invoice, Packing List, CMR, Certificate of Origin və s.) düzgünlüyünü yoxlamaq və vaxtında aidiyyəti qurumlara/brokerə təqdim etmək;
- Yüklərin hərəkət qrafikini gündəlik izləmək, gecikmə riskləri yarandıqda proaktiv həll yolları tapmaq və bu barədə şöbə rəhbərliyini məlumatlandırmaq;
- Daşıma xərclərini optimallaşdırmaq və büdcəyə uyğunluğunu təmin etmək, fakturaları yoxlamaq və maliyyə şöbəsinə təhvil vermək;
- Tədarük Zənciri Şöbə Müdirinə həftəlik və aylıq status hesabatlarını təqdim etmək;
- Yüklərin sığortalanması prosesinin təşkili və daşınma zamanı yaranan xəsarət/itki hallarında sığorta şirkətləri ilə iddia (claim) prosesini aparmaq
Digər məlumatlar:
- Nahar və servis ilə təmin edilmə
- Əmək bazarına uyğun rəqabətli əmək haqqı
- 5 günlük tam iş qrafiki
- Korporativ mobil nömrə
Tələblər
- Ali təhsil(Logistika, Tədarük Zənciri, Beynəlxalq Münasibətlər və ya İqtisadiyyat sahəsində)
- Beynəlxalq daşımalar və ya logistika sahəsində minimum 1-3 il iş təcrübəsi (Retail/Pərakəndə satış sektorunda təcrübə üstünlükdür)
- Xarici dil biliyi: İngilis dili yaxşı səviyyədə, Rus dili arzuolunandır
- MS Office proqramları (xüsusilə Excel – Pivot table, Vlookup), ERP sistemləri ilə işləmək bacarığı
- Incoterms 2020 qaydalarını və gömrük qanunvericiliyinin əsaslarını bilmək
- Analitik düşünmə qabiliyyəti və komanda ilə işləmə bacarığı
Müraciət etmək istəyən namizədlər öz CV-ni "CV göndər📤" düyməsindən istifadə edərək göndərə bilər.