Grinco

Xarici Satınalma Mütəxəssisi

Grinco
1200 - 1700 ₼
498
Tam iş günü
Bakı, Azərbaycan
14/07/2026 - 28/07/2026

İş haqqında məlumat

Grinco MMC beynəlxalq satınalma sahəsində peşəkar təcrübəyə malik Xarici Satınalma Mütəxəssisi axtarır.

Əgər beynəlxalq bazarlarda məhsul araşdırılması, xarici istehsalçılarla danışıqların aparılması, satınalma proseslərinin idarə edilməsi və etibarlı təchizat zəncirinin qurulması sahəsində təcrübəniz varsa, sizi komandamıza qoşulmağa dəvət edirik.

Əsas vəzifə öhdəlikləri

  • Xarici bazarlarda məhsul və istehsalçı araşdırmalarının aparılması;
  • Çin, Türkiyə, Avropa və digər ölkələrdən yeni təchizatçıların müəyyən edilməsi və qiymətləndirilməsi;
  • Qiymət sorğularının (RFQ) hazırlanması və təchizatçılara göndərilməsi;
  • Təkliflərin qiymət, keyfiyyət, çatdırılma müddəti və kommersiya şərtləri üzrə təhlil edilməsi;
  • Xarici təchizatçılarla qiymət və müqavilə şərtləri üzrə danışıqların aparılması;
  • Satınalma sifarişlərinin hazırlanması və icrasının istehsaldan son təhvilə qədər izlənilməsi;
  • Logistika, daşınma və gömrük proseslərinin koordinasiya edilməsi;
  • Məhsulların texniki göstəricilərinin, kataloqlarının və sertifikatlarının təhlili;
  • Alternativ istehsalçı və məhsulların araşdırılması;
  • Xarici tərəfdaşlarla yazılı və şifahi işgüzar yazışmaların aparılması;
  • Satınalma fəaliyyəti üzrə mütəmadi hesabatların hazırlanması.

Şirkət tərəfindən təklif olunur

  • Əmək haqqı: 1.200 – 1.700 AZN (namizədin bilik və təcrübəsinə uyğun);
  • Bonus və motivasiya sistemi;
  • Azərbaycan Respublikasının Əmək Məcəlləsinə uyğun rəsmi əmək müqaviləsi;
  • Peşəkar inkişaf və karyera yüksəlişi imkanları;
  • Beynəlxalq istehsalçılar və təchizatçılarla işləmək imkanı;
  • Müasir, dinamik və peşəkar iş mühiti.

İş şəraiti

  • İş yeri Grinco MMC
  • Ünvan: Bakı şəhəri, Xətai rayonu, Rövşən Əliyev küçəsi 1 (Nobel Otelin yanı)
  • İş qrafiki: Bazar ertəsi – Cümə / 08:30 – 17:30

Tələblər

  • Ali təhsil;
  • Xarici satınalma sahəsində minimum 2 il iş təcrübəsi;
  • İngilis dilini sərbəst, rus dilini isə yaxşı səviyyədə bilmək (yazılı və şifahi);
  • Digər xarici dilləri bilmək üstünlük hesab olunur;
  • Microsoft Office, xüsusilə Microsoft Excel proqramını yaxşı səviyyədə bilmək;
  • Alibaba, Made-in-China, Global Sources və digər beynəlxalq B2B platformaları ilə işləmək bacarığı;
  • Beynəlxalq ticarət qaydaları (Incoterms), logistika və idxal prosesləri üzrə bilik;
  • Analitik düşünmə və bazar araşdırması aparmaq bacarığı;
  • Güclü ünsiyyət və danışıqlar aparmaq bacarığı;
  • Operativ, məsuliyyətli və nəticəyönümlü iş prinsipi.

Müraciət etmək istəyən namizədlər öz CV-ni "CV göndər📤" düyməsindən istifadə edərək göndərə bilərlər.

 

Diqqət! İşə düzəltmək məqsədi ilə heç bir şəxs və ya qurum sizdən əvvəlcədən ödəniş tələb edə bilməz!  Dələduzluq hallarından qorunmaq üçün diqqətli olun


Oxşar vakansiyalar