Harvesso

Xarici satınalma üzrə mütəxəssis

Harvesso
Ə/h razılaşma ilə
1270
Tam iş günü
Bakı, Azərbaycan
16/01/2026 - 30/01/2026

İş haqqında məlumat

  • Tələblər əsasında potensial mal təchizatçılarının xarici bazarlarda araşdırılması, etibarlı, peşəkar, sağlam podratçı və təchizatçı bazasının hazırlanması və müntəzəm olaraq yenilənməsi
  • Tələblər əsasında müvafiq analizlər etmək və spesifikasiyalara uyğun doğru və düzgün təchizatçı şirkətlərdən təkliflərin hazırlanması
  • Təchizatçı siyahısının uyğun kateqoriyalar üzrə aylıq yenilənməsi
  • Sifarişləri yerləşdirmək və çatdırılma müddətlərini və şərtlərini razılaşdırmaq üçün təchizatçılarla danışıqların aparılması
  • Sifariş olunacaq malların keyfiyyət və texniki göstəricilərinin uyğunluğunu son istifadəçi ilə razılaşdırmaq
  • Sifarişlərin təyin olunan vaxt çərçivəsində icrası, logistika və gömrük rəsmiləşdirilməsi proseslərinin həyata keçirilməsi
  • Tələb olunan malların, xidmətlərin alışının müvafiq ERP proqramında düzgün, operativ və əhatəli şəkildə alış şifarişini (PO) tərtib etmək
  • Müqavilələrin həyata keçirilməsi və nəzarətdə saxlanılması, müqavilə şərtlərinin müəyyən olunması
  • Tədarükçülər ilə mütəmadi olaraq görüşlər təyin etmək və yeni tədarükçülərin araşdırılması
  • Görülən işlərin hesabatının hazırlanması və rəhbərliyə təqdim olunması
  • Şirkətin biznes maraqlarını əsas tutaraq şəffaflıq, obyektivlik və məxfiliyin qorunması
  • İş qrafiki: Bazar ertəsi-Cümə, 10:00-18:00;
  • İş yeri: Baki şəhəri, Xətai pr 134 Luxen plaza

Yalnız tələblərə cavab verən namizədlər müsahibəyə dəvət olunacaqdır.

Tələblər

  • Təhsil: Ali
  • Təcrübə: Minimum 1-3 il (müvafiq sahə üzrə 1 il)
  • Dil bilikləri: Azərbaycan dili, İngilis dili, Rus dili
  • İT üzrə biliklər: Microsoft Office
  • Problemləri həll edə bilmə bacarığı və prosesləri davamlı olaraq təkminləşdirməyə yönümlü olmaq
  • Analitik düşüncə qabiliyyəti
  • Komandada işləmə bacarığı
  • Xarici bazar qiymətlərinin təhlili və müqayisəli təhlil bacarığının olması
  • Satınalma, müqavilələrinin tərtibi, logistika prinsip və qaydaları, gömrük rəsmiləşdirilməsi və son istifadəçiyə qədər olan təchizat prossesləri haqqında məlumatlı olmaq

Oxşar vakansiyalar