Bakı,
Azərbaycan
19/02/2026
-
05/03/2026
İş haqqında məlumat
Neft qaz sektorunda təcrübəsi olan Xarici satınalma üzrə mütəxəssis axtarışındayıq.
- Bazarın təhlili, tələb olunan mal-materialların yerli və xarici bazarda araşdırılması;
- Satınalma prosesinin vaxtında, prosedur və qaydalara uyğun olaraq icra edilməsi və satınalma sorğularının icrası;
- Mallar üzrə texniki məlumat və qiymət araşdırılmasının aparılması;
- Ən uyğun təchizatçı və tədarükçülərin seçimi, yazışmaların, danışıqların aparılması;
- Təchizatla bağlı müqavilələrin şərtlərinin müəyyən olunması, hazırlanması və həyata keçirilməsinə nəzarət edilməsi;
- Təhlillərin aparılması və hesabatların hazırlanması;
- Alınmış məhsul və ya xidmətin keyfiyyət və logistika məsələlərinin həllinə dəstək göstərilməsi;
- Gömrük rəsmiləşdirilməsini həyata keçirilməsi (sifarişlərin hazırlanması, gömrük rəsmiləşdiriməsi üçün tələb olunan bütün sənədlər paketinin broker şirkətinə təqdim etmək);
- Vəzifəsinə uyğun olaraq Rəhbərlik tərəfindən verilən digər tapşırıqları yerinə yetirmək;
- Tenderlərin hazırlanması və qiymətləndirilməsi, əsaslar və tələb olunan sənədlərə istinadən məhsul və xidmətlərin seçim prossesinin yekunlaşdırılması;
- Şirkətin biznes maraqlarını əsas tutaraq şəffaflıq, obyektivlik və məxfiliyin qorunması
Əmək Şəraiti:
- Azərbaycan Respublikasının Əmək Məcəlləsinə uyğun olaraq sənədləşmə;
- 5 günlük iş qrafiki (09:00-dan 18:00-dək);
- İş yeri: Bakı şəhəri, Nərimanov rayonu, Əhməd Rəcəbli 202;
- Nahar şirkət tərəfindən verilir;
- Əmək haqqı: 1500-2000 AZN (namizədin bilik və bacarıqlarına müvafiq olaraq müəyyənləşdiriləcək);
Tələblər
- Ali təhsil (İqtisadi və ya idarə etmə yönümlü);
- Satın alma və ya təchizat sahəsində minimal 3-5 il iş təcrübəsi;
- İncoterms və Beynəlxalq Logistika haqqında biliklərinin olması;
- Kompüter bilikləri - MS Office (Word, Excel, Outlook) proqramlarında sərbəst işləməyi bacarmalı;
- Dil bilikləri: Rus və İngilis dili (danışıqlar və yazışmalar aparacaq səviyyədə);
- Fəal olması və komandada işləmək bacarığı, işə planlı yanaşması;
- Yüksək məsuliyyət, operativlik, diqqətcil olmaq, məqsədinə çatmaq üçün hərəkətli iş rejimində çalışa bilən;
Müraciət etmək istəyən namizədlər öz CV-ni "CV göndər📤" düyməsindən istifadə edərək göndərə bilər.
Diqqət! İşə düzəltmək məqsədi ilə heç bir şəxs və ya qurum sizdən əvvəlcədən ödəniş tələb edə bilməz! Dələduzluq hallarından qorunmaq üçün diqqətli olun.