Bakı,
Azərbaycan
01.07.2025 10:52
-
01.08.2025 12:00
İş haqqında məlumat
- Karyeranıza birbaşa start vermək istəyirsinizsə, daha nə gözləyirsiniz? Biz sizi bizim maraqlı staj proqramımıza qatılmağa dəvət edirik. Bu proqram, istəkli profesional əməkdaşlarımızın sahədə təcrübə və qiymətli biliklər əldə etmək üçün unikal imkan təklif edir.
Təcrübə Proqramı haqqında:
2 ay müddətinə təşkil olunan staj proqramımız, motivasiyalı şəxslərə satınalma proseslərini ətraflı şəkildə başa düşmələrini təmin edəcək və onların bacarıqlarını inkişaf etdirmələrinə kömək edəcək şəkildə hazırlanmışdır.
- Təcrübə müddəti ödənişsizdir;
- İş vaxtı: 09:30-dan-18:30 dək;
- İstirahət günləri: Bazar günü;
- Nahar şirkət tərəfindən təmin edilir;
- Təcrübə proqramını uğurla bitirən təcrübəçilər işlə təmin olunacaqdır.
Tələblər
- Ali Iqtisadi Təhsil;
- Dil biliyi: Rus və İngilis dili biliyi mütləqdir;
- Yaş: 21-30;
- Cins:Fərq etmir;
- MS Office bilikləri (Xüsusi ilə Excel);
- Analitik düşünmə qabiliyyəti;
- Məntiqi və riyazi analiz qabiliyyəti;
- Öyrənməyə və inkişafa yüksək həvəs;
- Məsuliyyətlilik və detallara qarşı diqqətlilik;
- Təşkilatçılıq, koordinasiya qabiliyyəti;
Qəbul Şərtləri:
- Sahə üzrə müvafiq marağın göstərilməsi;
- Əlaqə yaratma, komanda işi və problemləri həll etmə bacarığı;
- Sürətlə dəyişən və dinamik iş mühitinə uyğunlaşma qabiliyyəti.