Bakı,
Azərbaycan
15/04/2026
-
29/04/2026
İş haqqında məlumat
- Xarici bazarlarda təchizatçıların araşdırılması və seçilməsi
- Beynəlxalq təchizatçılarla yazışmaların və danışıqların aparılması
- Qiymət təkliflərinin (RFQ) toplanması və müqayisəli təhlili
- İdxal satınalma sifarişlərinin hazırlanması və icrasının təmin edilməsi
- Müqavilələrin hazırlanmasında iştirak və şərtlərin icrasına nəzarət
- İnkoterms (Incoterms) şərtlərinə uyğun olaraq daşınmaların təşkili
- Beynəlxalq daşımaların (dəniz, hava, quru) koordinasiyası
- Gömrük rəsmiləşdirilməsi prosesinin izlənməsi və sənədlərin hazırlanması
- Logistika xərclərinin optimallaşdırılması və alternativ marşrutların araşdırılması
- Yüklərin hərəkətinin izlənməsi (tracking) və vaxtında çatdırılmanın təmin edilməsi
- Anbar, logistika və maliyyə şöbələri ilə koordinasiyanın təmin edilməsi
- Təchizatçı və daşıyıcı şirkətlərlə münasibətlərin idarə olunması
- Müvafiq hesabatların hazırlanması və rəhbərliyə təqdim edilməsi
İş şəraiti:
- Əmək haqqı:800-1000
- İş saatı: 08.30-17.30
- Ünvan:Bakı şəhəri. Binə qəsəbəsi
- Nahar, servis, korporativ nömrə şirkət tərəfindən təmin olunur.
Tələblər
- 3 ilə qədər xarici satınalma və logistika sahəsində təcrübə
- Xarici dilləri bilmək (əsasən ingilis dili, Rus dili arzuolunandır)
- Beynəlxalq ticarət və logistika sahəsində biliklər
- İnkoterms və gömrük prosedurlarına bələdlik
- Analitik düşünmə və problem həll etmə bacarığı
- Danışıqlar aparmaq və kommunikasiya bacarıqları
- ERP proqramları ilə işləmə təcrübəsi
- Vaxtın effektiv idarə olunması və detallara diqqət
Müraciət etmək istəyən namizədlər öz CV-ni "CV göndər📤" düyməsindən istifadə edərək göndərə bilər.
Diqqət! İşə düzəltmək məqsədi ilə heç bir şəxs və ya qurum sizdən əvvəlcədən ödəniş tələb edə bilməz! Dələduzluq hallarından qorunmaq üçün diqqətli olun.