Bakı,
Azərbaycan
15.08.2025 12:36
-
15.09.2025 12:00
İş haqqında məlumat
- Xarici satınalma prosesinin vaxtında, prosedur və qaydalara uyğun olaraq icra edilməsi;
- Xarici bazarın təhlili, tələb olunan məhsul və xidmətlərin xarici bazarda araşdırılması;
- Ən uyğun xarici tədarükçülərin seçimi, yazışmaların, danışıqların aparılması və görüşlərin təşkil edilməsi;
- Xarici tədarükçülərdən qiymət təkliflərinin alınması, müqayisə edilməsi, dəyərləndirilməsi;
- Təchiz ediləcək mal-materialların və xidmətlərin müqayisəli şəkildə, ən sərfəli qiymət, keyfiyyət və şərtlərlə rəhbərliyin təsdiqinə təqdim edilməsi;
- Təchizatla bağlı müqavilələrin şərtlərinin müəyyən edilməsi, hazırlanması və həyata keçirilməsinə nəzarət edilməsi;
- Xarici satınalmalar üzrə sənədləşdirmə işlərinin aparılması;
- Xarici tədarükçülərlə müqavilələrin bağlanması;
- Alınmış məhsul və ya xidmətlərin keyfiyyət və logistika məsələlərinin həllinə dəstək göstərilməsi;
- Tədarükçü bazasının yaradılması və tədarükçülərin qiymətləndirilməsi;
- Bazar tendensiyalarının, rəqib strategiyalarının və bazar tədarükçülərinin izlənilməsi;
- Şirkətin bütün prosedur və təlimatlarına, həmçinin təchizat etikalarına riyaət edilməsi;
- İş zamanı təhlükəsizlik qaydalarına riayət olunmasının təmin edilməsi;
- Vəzifəsindən irəli gələn digər işləri yerinə yetirilməsi.
Təminatlar:
- Əmək bazarında rəqabətli əməkhaqqı;
- Nahar ilə təmin edilir;
- Korporativ nömrə ilə təmin edilir;
- İş yerinə servislə çatdırılır (Bakı və Sumqayıt şəhərlərindən).
Göstərilən tələblərə cavab verən namizədlər CV-lərinin mövzu yerinə “Xarici satınalmalar üzrə mütəxəssis” yazaraq Müraciət Et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərə bilərlər. Yalnız tələblərə cavab verən namizədlər müsahibəyə dəvət olunacaqdır.
Tələblər
- Ali təhsil;
- MS Office proqramları praktik işləmə bacarığı;
- Müvafiq sahə üzrə minimum 2 il iş təcrübəsi;
- Rus, İngilis dillərində səlis danışma və yazma bacarığı;
- Diqqətli, çevik və məsuliyyətli olmalı;
- Təhlil və analiz etmə qabiliyyətli olmalı;
- Kollektivdə işləmək bacarığı olmalı;