Khazar Travel

Xarici turizm üzrə agent

Khazar Travel
Ə/h razılaşma ilə
425
Tam iş günü
Bakı, Azərbaycan
22/07/2026 - 05/08/2026

İş haqqında məlumat

  • Müxtəlif ölkələrə fərdi turlarının hazırlanması
  • Yeni partnyorların araşdırılması və onlarla müqavilə bağlanılması
  • Müştərilərlə yüksək səviyyəli münasibətlərin qurulması
  • Müştərilərdən gələn sorğuların vaxtında və işgüzar formada cavablandırılması
  • Otellərin bronlaşdırılması
  • Mövsimə və tələbə uyğun turların hazırlanması və reklam bölməsinə ötürülməsi

İş şəraiti

  • İş saatları: Bazar ertəsi - Cümə 10:00-dan 18:00-dək
  • İstirahət günü – Şənbə - Bazar günü

Tələblər

  • Tur menecer kimi turizm sahəsində ən azı 1 il iş təcrübəsi
  • Azərbaycan dilini yüksək səviyyədə bilmək (rus və ingilis dilləri bilənlərə üstünlük verilir)
  • Kompüterdə işləmək bacarığı (MS Office programları, İnternet, MS Outlook, və s.)
  • Səlis və işgüzar danışıq bacarığı
  • Yüksək ünsiyyət qurma bacarığı
  • Tapşırıqları vaxtında yerinə yetirmə bacarığı
  • Məsuliyyətli və diqqətli olma
  • Mühitə tez uyğunlaşmaq və komandada işləmə qabiliyyətinə malik olma
  • Yaranan problemlərə pozitiv yanaşmaq

Müraciət etmək istəyən namizədlər öz CV-ni "CV göndər📤" düyməsindən istifadə edərək göndərə bilərlər.

 

Diqqət! İşə düzəltmək məqsədi ilə heç bir şəxs və ya qurum sizdən əvvəlcədən ödəniş tələb edə bilməz!  Dələduzluq hallarından qorunmaq üçün diqqətli olun