Pilgrim Education

Xarici universitetlərə müraciət üzrə mütəxəssis

Pilgrim Education
400 - 1000 ₼
545
Tam iş günü
Bakı, Azərbaycan
06.10.2025 09:39 - 06.11.2025 12:00

İş haqqında məlumat

  • Xarici universitetlərə müraciətlərin hər bir qəbul kampaniyasının tələblərinə tam uyğun olaraq düzgün və vaxtında həyata keçirilməsi;
  • Tələbələrlə müntəzəm və aktiv ünsiyyətin təmin olunması: müraciətlərin statusu barədə məlumat vermək, son tarixləri xatırlatmaq, çatışmayan sənədlərin koordinasiyası;
  • Gündəlik olaraq e-mail və digər kommunikasiya kanallarının (portallar, CRM, universitet platformaları) yoxlanılması, universitetlərdən daxil olan məktublara və sorğulara operativ cavab verilməsi;
  • Daxili CRM sistemində hər bir tələbə üzrə aktual qeydlərin aparılması, müraciət mərhələlərinin, son tarixlərin və əməkdaşlığa dair qeydlərin dəqiq şəkildə daxil edilməsi;
  • Müraciətlərin vaxtında tamamlanmasına nəzarət: hər bir tələbə üçün xüsusi “deadline” təqviminin hazırlanması və icra olunması;
  • Sənəd paketlərinin yoxlanılması və təsdiqi: ərizə formaları, motivasiya məktubu, tövsiyə məktubları, formalar və s;
  • Akademik şöbə, təqaüd və maliyyə şöbəsi, həmçinin beynəlxalq tərəfdaşlarla müraciət prosesinə dair koordinasiya;

Əlavə vəzifələr:

  • Universitetlərin tələbləri, müraciət formatları, qəbul platformalarındakı dəyişikliklər və yeni prosedurlar barədə daim məlumatlı qalmaq;
  • Departament daxilində iclaslarda, brifinqlərdə, QA-mitinq və strateji görüşlərdə mütəmadi iştirak etmək;
  • Müraciət prosesində qeyri-standart vəziyyətlər yarandıqda tələbələrə dəstək göstərmək.

Maaş: sabit (400AZN-1000AZN) aylıq əmək haqqı (müsahibənin nəticələrinə əsasən razılaşdırılır).

Əgər siz sistemli, məsuliyyətli və detallara diqqətli mütəxəssisinizsə, beynəlxalq təhsilə maraq göstərir və tələbələrin məqsədlərinə çatmasına kömək etmək istəyirsinizsə – sizi komandamızda görməkdən məmnun olarıq!

Xahiş olunur CV-nizi Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərəsiniz.
Mövzu hissəsində qeyd edin: "Müraciət üzrə mütəxəssis".

Tələblər

  • Ali təhsil (bakalavr dərəcəsi);
  • Təhsil, konsaltinq və ya proseslərin idarə olunması sahəsində minimum 1 il iş təcrübəsi;
  • İngilis dilini yüksək səviyyədə bilmək (rus dilini bilmək üstünlükdür);
  • Yüksək məsuliyyət və detallara diqqət, xüsusilə sənədlərlə işləyərkən;
  • İngilis dilində yazışma aparmaq bacarığı (universitetlərlə rəsmi e-mail yazışmaları);
  • Microsoft Office, Google Workspace və əsas CRM alətlərində sərbəst işləmə bacarığı;
  • Çeviklik, stresə davamlılıq və sərt son tarixlərdə işləmək hazırlığı.


Oxşar vakansiyalar