Max Print

Xərclər üzrə mühasib (Tikintidə)

Max Print
Ə/h razılaşma ilə
419
Tam iş günü
Bakı, Azərbaycan
09.10.2025 09:57 - 09.11.2025 12:00

İş haqqında məlumat

  • Tikinti materialları, avadanlıq, podratçı işləri və digər tikinti resurslarına olan bütün xərclərin aparılması və izlənməsi.
  • Hər bir tikinti layihəsinin mərhələsində təsdiq edilmiş büdcənin yerinə yetirilməsinin təmin edilməsi.
  • Layihənin bütün mərhələlərində (layihələndirmə, hazırlıq, tikinti və obyektin təhvil verilməsi) xərclərin proqnozlaşdırılması və təhlili.

Büdcə üzrə sapmaların təhlili:

  • Cari xərclərin müntəzəm təhlili və planlaşdırılmış göstəricilərlə müqayisəsi, sapmaların səbəblərinin müəyyənləşdirilməsi.
  • Artıq xərclərin azaldılması və xərclərin optimallaşdırılması üzrə tədbirlərin hazırlanması.

Hesabatın hazırlanması:

  • Layihə üzrə xərclər və büdcənin cari vəziyyəti haqqında rəhbərliyə müntəzəm hesabatların tərtib edilməsi və təqdim edilməsi.
  • Podrat müqavilələrinin yerinə yetirilməsi və materiallar, əmək haqqı, avadanlıq kirayəsi və digər xərclərə dair hesabatların hazırlanması.

Müqavilələrin razılaşdırılması və nəzarət edilməsi:

  • Podratçılar, təchizatçılar və alt-podratçılarla əməkdaşlıq edərək bağlanmış müqavilələr üzrə bütün xərclərin uçotunun aparılması və nəzarət edilməsi.
  • Müqavilələr üzrə faktiki xərclərin planlaşdırılanlarla uyğunluğunun yoxlanılması.

Xərclərin planlaşdırılması və proqnozlaşdırılması:

  • Tikinti büdcəsinin hazırlanmasında iştirak etmək, mümkün risklərin qiymətləndirilməsi və əsas xərclər üzrə göstəricilərin müəyyən edilməsi.
  • Materialların, avadanlıqların, işlərin qiymətindəki dəyişikliklərin proqnozlaşdırılması, bazar dəyişiklikləri və qanunvericilikdəki yeniliklər nəzərə alınaraq.

Materiallar və işlərin qiymətləndirilməsi:

  • Alınan materialların və yerinə yetirilən işlərin qiymətlərinin qiymətləndirilməsi və keyfiyyətə zərər vermədən xərclərin optimallaşdırılması üçün variantların təklif edilməsi.
  • Tikinti işləri aparılarkən materialların uçotunun təşkili və onların düzgün qeydiyyatının təmin edilməsi.

Sənədlərlə iş:

  • Xərclərlə əlaqədar bütün sənədlərin (fakturalar, icra aktları, mal-material avansları və s.) düzgün tərtib edilməsi və vaxtında təqdim edilməsi.
  • Bütün sənədlərin mühasibat uçotu və maliyyə hesabatlılığı tələblərinə uyğunluğunun təmin edilməsi.

İş şəraiti

  • Əmək haqqı:

Rəqabətə davamlı əmək haqqı, namizədin təcrübəsinə əsasən müsahibə zamanı müzakirə ediləcək.

  • İş qrafiki:

Beş günlük iş həftəsi (layihənin mərhələsindən asılı olaraq əlavə iş saatları ola bilər).

  • Sosial təminatlar:

Əmək qanunvericiliyinə uyğun sosial təminatlar (ödənişli məzuniyyətlər, xəstəlik vərəqələri, tibbi sığorta).

  • Karyera irəliləyişi:

Şirkət daxilində peşəkar inkişaf və karyera yüksəlişi imkanları.

  • Təhsil və inkişaf:

Şirkət, işçilərin təhsilini və peşəkar inkişafını dəstəkləyir, smeta işi, tikinti layihələrinin idarə edilməsi və xərclərin nəzarəti sahələrində mütəxəssis təlimləri təşkil edir.

Göstərilən tələblərə cavab verən namizədlərdən CV-lərini mövzu hissəsinə “Xərclər üzrə mühasib (Tikintidə)” yazaraq Müraciət Et düyməsində göstərilən elektron poçt ünvanına göndərmələri xahiş olunur.

Tələblər

  • Dil biliyi:

Azərbaycan və Rus dilini səlis bilmək;İnglis dili arzu olunandi.

  • Təhsil:

İqtisadiyyat, maliyyə, mühasibatlıq və ya tikinti sahəsində ali təhsil.

  • Təcrübə:

Tikinti sahəsində analoji vəzifədə minimum 2 il iş təcrübəsi.

Büdcə hazırlığı, maliyyə və smeta hesablamaları ilə işləmək, həmçinin tikinti layihələrində xərclərin nəzarəti üzrə təcrübə.

  • Bilik və bacarıqlar:

Smətələrin hazırlanması və təhlili, tikinti xərclərinin uçotu prinsipləri haqqında biliklər.

Tikinti layihələrinin və büdcələrinin idarə olunması üzrə proqramlardan (məsələn, 1C: Mühasibatlıq, MS Excel, tikinti uçotu proqramları) istifadə təcrübəsi.

Tikinti normaları və standartları barədə biliklər.

Podratçılar, təchizatçılar və alt-podratçılarla işləmək təcrübəsi.

Vergi qanunvericiliyi, tikintidə uçot prinsipləri və smeta hesablamaları üzrə biliklər.

Şəxsi keyfiyyətlər:

  • Yüksək analitik bacarıq;
  • Detallara diqqət və böyük məlumatla işləmə bacarığı;
  • Məsuliyyətlilik və təşkilatçılıq;
  • Komandada işləmək və çoxsaylı tapşırıqlarla işləmək bacarığı;
  • Əla ünsiyyət bacarıqları, sıx müddətlərdə işlərin yerinə yetirilməsi bacarığı.


Oxşar vakansiyalar