Absheron Hospitality Group MMC

Xərclər üzrə nəzarətçi

Absheron Hospitality Group MMC
Ə/h razılaşma ilə
4745
Tam iş günü
Bakı, Azərbaycan
03/02/2026 - 17/02/2026

İş haqqında məlumat

  • Restoranda qida, içki və digər material xərclərini izləmək, standart xərc göstəricilərini (food cost, beverage cost, waste cost) müəyyən etmək;
  • Menyu üzrə bütün yemək və içkilər üçün reseptlərin hazırlanmasına və düzgünlüyünə nəzarət etmək;
  • Reseptlərdə göstərilən porsiya və tərkib standartlarına əməl olunmasını yoxlamaq;
  • Qiymət dəyişikliklərinin menyuya təsirini analiz etmək və satış qiymətləri üzrə tövsiyələr vermək;
  • Mətbəx və bar istehsal proseslərində xammal istifadəsinə nəzarət etmək, israf, texnoloji itkilər və normadan artıq istifadə hallarını aşkar etmək;
  • Satış hesabatlarını təhlil edərək gəlir–xərc balansını qiymətləndirmək;
  • Məlumatların düzgün və vaxtında sistemə daxil edilməsini təmin etmək;
  • Faktiki xərcləri planlaşdırılmış göstəricilərlə müqayisə etmək və kənarlaşmaları təhlil etmək;
  • Xərclərin optimallaşdırılması üçün təkliflər hazırlamaq və rəhbərliyə təqdim etmək;
  • Qəbul edilən məhsulların sifariş və faktura məlumatlarına uyğunluğunu yoxlamaq;
  • Gündəlik, həftəlik və aylıq inventar sayımlarını təşkil etmək və nəticələri təhlil etmək;
  • Çatışmazlıq, artıq qalıq və köhnəlmiş məhsullarla bağlı hesabatlar hazırlamaq.

Tələblər

  • Müvafiq sahədə 3-5 il iş təcrübəsinin olması;
  • Maliyyə və xərclərə nəzarət üzrə biliklərin olması;
  • Restoran əməliyyatları üzrə biliklərin olması;
  • Analitik və riyazi bacarıqların olması;
  • Problem həll etmə və qərarvermə bacarığının olması;
  • Restoran idarəetmə proqramlarını istifadə etmək (R-Keeper, iiko və s.);
  • Microsoft Office (Word, Outlook, Excel) proqramlarından istifadə bacarığının olması;

Müraciət etmək istəyən namizədlər öz CV-ni "CV göndər📤" düyməsindən istifadə edərək göndərə bilər.