Bakı,
Azərbaycan
04/02/2026
-
18/02/2026
İş haqqında məlumat
- Aylıq inventarizasiya prosesini planlaşdırmaq və icra keyfiyyətinə nəzarət etmək
- Spot-check mexanizmləri ilə itkiləri vaxtında aşkarlamaq
- Maya dəyərinin düzgün formalaşmasını təmin etmək (yerli/xarici alışlar, gömrük, nəqliyyat və s.)
- Silinmə və artıq-əskikliyi səbəb analizi ilə idarə etmək və sistemli şəkildə azaltmaq
- Silinmələrə nəzarət etmək, kampaniyalar üçün Food Cost hesablamalarını icra etmək, nəticələri rəhbərliyə təqdim etmək.
- Texnoloji kartlar/reseptlər və yarımfabrikat aktlarının standartlara uyğun olmasını təmin etmək
- Məhsulların texnoloji reseptlərini və yarımfabrikat aktlarını standartlara uyğun tərtib etmək/yeniləmək.
- Normativdən kənar istifadə hallarını izləmək və idarəetmə tədbirləri görmək.
- Yerli alış və qaytarmaların sənədlərə uyğunluğunu yoxlamaq.
- Xarici alışlarda gömrük, nəqliyyat və digər xərclərin məhsulun maya dəyərinə düzgün bölüşdürülməsini təmin etmək.
- iiko–1C inteqrasiyası üzrə məlumatların düzgün yüklənilməsinə və uyğunsuzluqların aradan qaldırılmasına nəzarət etmək.
- Qeyri-qida mallarının hərəkətinə nəzarət etmək.
- Gündəlik əməliyyat xərclərini izləmək və müvafiq hesabatları hazırlamaq.
- Xammal və materialların anbardakı mövcudluğunu izləmək və ehtiyacları vaxtında müəyyənləşdirmək.
- Anbar qalıqlarının dəqiq uçotunu aparmaq və düzgün sifarişlərin yerləşdirilməsini təmin etmək.
- Anbar və restoranlarda malların hərəkətini yoxlamaq, sənəd–fakt uyğunluğunu təmin etmək (qəbul, köçürmə, silinmə, qaytarma).
- Aylıq inventarizasiya, Bütün mallar üzrə aylıq inventarizasiya planını hazırlamaq, icranı təşkil etmək və nəticələri təhlil etmək. Inventar fərqlərini (artıq-əskik) analiz etmək, səbəbini tapmaq, düzəlişləri əsaslandırmaq.
- Gün ərzində yaranan maliyyə və əməliyyat problemlərinin həllində dəstək göstərmək.
- Restoran xərclərini izləmək və hər hansı uyğunsuzluqları aşkar etmək.
- Əməliyyatların müvafiq qaydalara və büdcə çərçivəsinə uyğun icra olunmasını yoxlamaq.
- Maliyyə məlumatlarının vaxtında təqdim olunması və düzgün istifadəsini dəstəkləmək.
- Şöbələrin fəaliyyətlərini analiz etmək və xərc optimallaşdırılması üzrə tövsiyələr vermək.
- Marketinq şöbəsi ilə əməkdaşlıq edərək yeni kampaniyalar hazırlamaq və onların maliyyə dəyərini hesablayıb təqdim etmək.
- Restoranlar və digər şöbələrlə əməkdaşlıq reqlamentinə uyğun koordinasiya etmək.
İş şərtləri
- Əməkhaqqı: namizədin təcrübəsinə əsasən müəyyən ediləcək.
- İş qrafiki: 5 günlük iş həftəsi (10:00–19:00)
- Rabitə xərcləri şirkət tərəfindən qarşılanır.
- Rəsmi əmək müqaviləsi (Azərbaycan Respublikası əmək qanunvericiliyinə uyğun).
İş yeri: Altes Plaza (operativ zərurət əsasında perdiodik restoran/anbar ziyarətləri)
Tələblər
- Cost Control / Inventory / Food Cost / Restoran maliyyəsi sahəsində minimum 3 il təcrübə (menecer səviyyəsində üstünlükdür).
- iiko və 1C proqramlarında sərbəst işləmə bacarığı:
- anbar hərəkətləri, silinmələr, inventar düzəlişləri
- satış–istehsal–anbar əlaqəsi
- məlumatların düzgün inteqrasiyasına nəzarət
- Maya dəyəri (Food Cost) və məhsul resepturası anlayışı: texnoloji kart, normativ sərfiyyat, yarımfabrikat aktları.
- Analitik düşüncə və detallara yüksək diqqət: uyğunsuzluqları tapmaq, kök səbəbi müəyyənləşdirmək, həll mexanizmi qurmaq.
- Excel biliyi: əsas analitik alətlər, aylıq hesabatların hazırlanması.
Üstünlük verilir
- Şəbəkə restoran sistemində (fast-food / casual dining) cost control təcrübəsi
- Gömrük, logistika və digər əlavə xərclərin maya dəyərinə düzgün bölüşdürülməsi təcrübəsi
- Spot-check modelini bilmə, real itki azaldılması nəticəsi göstərmiş namizədlər
Müraciət etmək istəyən namizədlər öz CV-ni "CV göndər📤" düyməsindən istifadə edərək göndərə bilər.