SOCAR DOWNSTREAM MANAGEMENT LLC

Xərclərə nəzarət üzrə mühəndis

SOCAR DOWNSTREAM MANAGEMENT LLC
Ə/h razılaşma ilə
4052
Tam iş günü
Bakı, Azərbaycan
06/01/2026 - 20/01/2026

İş haqqında məlumat

  • SƏTƏM (Sağlamlıq, Əməyin Təhlükəsizliyi və Ətraf Mühitin mühafizəsi) standartlarına, qanunla müəyyənləşdirilmiş tələblərinə, istismar qaydalarına, qurumun prosedurlarına riayət edilməsi;
  • Planlaşdırılmış təmir işləri üçün təqdim edilmiş və hazırlanmış olan iş həcimlərinin sahədə yoxlanılması;
  • Planlaşdırılmış təmir işləri üçün təqdim edilmiş iş həcimlərinin uyğun olaraq hazırlanmış iş addımlarını (iş planı) və iş ardıcıllıqlarını yoxlamaq və uyğunluğunun təsdiqlənməsi;
  • Təmir işləri ilə əlaqədar həftəlik və aylıq hesabatların hazırlanması;
  • Podratçıların idarə edilməsi, podratçılarla işin təşkil edilməsi;
  • Təqdim edilən təhvil-təslim aktlarını yoxlamaq (Forma 1, 2, 3 - iş həcmləri, müqavilə üzrə bəndlər və s.);
  • Xərclərlə bağlı müvafiq sənədlərin yoxlanması;
  • Layihənin tələblərinə uyğun olaraq, icra olunmuş işlərin ölçülməsi və təhlili;
  • Xərclərlə bağlı müvafiq hesabatların hazırlanması (aylıq hesabat, cash flow və s.);
  • Müqavilələrin idarə edilməsi; müqavilə şərtlərinə uyğunluğun təmin edilməsi;
  • Layihə büdcələrinə nəzarət etmək və xərcləri daim nəzarətdə saxlamaq, kənarlaşmaları aradan qaldırmaq üçün önləyici tədbirlər görmək;
  • İlkin, aralıq və yekun ödəniş sənədlərinin, BoQ-ların, dəyişiklik proseduru sənədlərinin, proqres hesabatlarının tərtibatı;
  • SAP proqramında yaradılmış iş bildiriş və iş sifarişlərinin yoxlanması və təsdiqlənməsi;
  • Tamamlanmış işlərin SAP PM modulunda iş sifariş formasının bağlanmasının təşkil edilməsi;
  • Planlaşdırılmış təmir ilə əlaqədar bütün sənədlərin toplanması və qovluq şəkildə saxlanmasının təşkil edilməsi;
  • Planlaşdırılmış təmir üçün lazım olan günlük, həftəlik və aylıq toplantıların keçirilməsi və toplantıların aparılmasının təmin edilməsi;
  • Verilən iş tapşırıqlarını səmərəli, qüsursuz və etibarlı şəkildə yerinə yetirmək, müxtəlif tapşırıqlar üçün daima özünü təkmilləşdirmək, təlimlərdə fəallıq göstərmək, işi təhlükəsiz, yüksək keyfiyyətdə, işə icazə sənədlərinə uyğun şəkildə xətasız yerinə yetirmək;
  • İşlə əlaqədar birbaşa rəhbəri tərəfindən verilən digər tapşırıqların vaxtında və zavodun təhlükəsizlik qaydalarına uyğun şəkildə icra edilməsi;
  • Yanğın, təbii fəlakətlər zamanı aldığı təlim və təyinata müvafiq olaraq müdaxilə etmək;
  • İş saatından əlavə olaraq təcili çağırışlara cavab vermək və zəruriyyət yarandığı halda qarşılıqlı razılaşma əsasında iş vaxtından əlavə işləmək;
  • İnteqrasiya idarəetmə sistemləri fəaliyyətlərinə uyğun olaraq, birbaşa və ya dolayı yolla öz səlahiyyətləri daxilində olan, birlikdə planlaşdırma, tətbiq etmə, monitorinq və təkmilləşdirmə fəaliyyətlərini effektiv şəkildə həyata keçirmək;
  • Zavodda baş verəcək korporativ mədəniyyət dəyişikliyinə töhfə vermək, yeni işləmə prosesinə sürətli şəkildə uyğunlaşmaq.

Tələblər

  • Sənaye sahəsində mexaniki təmir işlərində 3 il iş təcrübəsi olmalı;
  • Sənayedə təmirin planlaşdırılması sahəsində 5 il iş təcrübəsi olmalı;
  • Müvafiq sahə üzrə ali təhsil;
  • MS Office proqramları, PowerPoint, Adobe Acrobat Reader, Primavera P6, SAP PM və MM modulu
  • İngilis, Rus dilləri (peşəkar şəkildə yazılı və şifahi)
  • Sahədə proqres yoxlanışları aparmaq üçün hündürlükdə və qapalı sahədə işləmək bacarığı olmalı;
  • Müxtəlif növ mexaniki avadanlıqların təmiri və təftişi haqqında bilikləri olmalı;
  • Problemləri həll etmə bacarığı olmalı;
  • Mexaniki cizgilərini oxuma bacarığı olmalı;
  • İdarəetmə bacarığı;
  • Ünsiyyət bacarığı;
  • Komanda ilə işləmə bacarığı.