Az Logistika

Xərclərə nəzarət üzrə mütəxəssis

AZ Logistika
Ə/h razılaşma ilə
4036
Tam iş günü
Bakı, Azərbaycan
12/03/2026 - 26/03/2026

İş haqqında məlumat

  • Xərclərin məlumat bazasında (ERP sistemində) təqib edilməsi və yekun hesabatların hazırlanması;
  • Xərclərlə bağlı müxtəlif departamentlər və subpodratçılarla əlaqələrin saxlanılması və məlumat mübadiləsinin təmin edilməsi;
  • Tədarük edilən məhsulların və xidmətlərin dəyərinin müəyyən edilməsi;
  • Xərclərin optimallaşdırılması və təkmilləşdirilməsi ilə bağlı təkliflərin hazırlanması;
  • Xərclərlə bağlı hesabatların tərtib edilməsi, düzgünlüyünə nəzarət edilməsi və müəyyən edilmiş standartlara uyğunluğunun təmin edilməsi;
  • Məhsulun dəyəri barədə məlumatın ERP sisteminə daxil edilməsinə və məhsulun düzgün qiymətləndirilməsinə nəzarət;
  • Faktiki xərclərin büdcə ilə müqayisəsinin aparılması;
  • Satın alınan və ya tədarük edilən məhsulların və xidmətlərin dəyərinin müəyyən edilməsi;
  • Faktiki xərclərin büdcə ilə müqayisəsi, aradakı fərqlərin təhlili, araşdırılması və izahı;
  • Proqnozlaşdırılan maliyyə hesabatlarının hazırlanması və hesabatların təhlili;
  • Rəhbərlik tərəfindən verilən digər tapşırıqların yerinə yetirilməsi.

Əmək şəraiti

  • Həftədə 6 iş günü;
  • Nəqliyyat və nahar şirkət tərəfindən təmin edilir;
  • İş yeri: Qaradağ rayonu, Sahil qəsəbəsi;
  • Əmək haqqı işçinin təcrübə və bacarıqlarına uyğun olaraq tərəflər arasında razılaşdırılır.

Tələblər

  • Ali təhsil (Maliyyə, Mühasibatlıq və ya İqtisadiyyat üzrə);
  • Azərbaycan dili zəruri, İngilis və ya Rus dili arzuolunandır;
  • Xərclərə nəzarət və maliyyə hesabatlılığı sahəsində nəzəri biliklər;
  • Nəqliyyat sahəsində minimum 1 il iş təcrübəsi;
  • Məntiqi və analitik düşüncə qabiliyyəti;
  • 1C 8.3 proqramı ilə işləmə təcrübəsi;
  • MS Office proqramları biliyi (xüsusilə Excel).

Müraciət etmək istəyən namizədlər öz CV-ni "CV göndər📤" düyməsindən istifadə edərək göndərə bilər.

 

Diqqət! İşə düzəltmək məqsədi ilə heç bir şəxs və ya qurum sizdən əvvəlcədən ödəniş tələb edə bilməz!  Dələduzluq hallarından qorunmaq üçün diqqətli olun.