Amina and S Group

Xərclərə nəzarət üzrə mütəxəssis

Amina and S Group
Ə/h razılaşma ilə
4142
Tam iş günü
Bakı, Azərbaycan
13/03/2026 - 27/03/2026

İş haqqında məlumat

  • Büdcə Planlaması: Layihə büdcəsinin hazırlanması və xərclərin real vaxt rejimində izlənilməsi;
  • Kənarlaşma Analizi: Faktiki xərclərin büdcədən kənarlaşma analizinin (Variance Analysis) aparılması və səbəblərinin araşdırılması;
  • Hesabatlılıq: Aylıq, rüblük və illik maliyyə hesabatlarının (Cost Reports) yüksək dəqiqliklə hazırlanması;
  • İnvoys Kontrolu: Podratçı və təchizatçılardan daxil olan invoysların layihə büdcəsinə və fiziki yerinə yetirməyə uyğunluğunun yoxlanılması;
  • Optimallaşdırma: Layihənin gəlirliliyini artırmaq üçün xərclərin optimallaşdırılması və qənaət imkanları barədə təkliflərin verilməsi;
  • Koordinasiya: Sahə mühəndisləri və satınalma komandası ilə sıx əməkdaşlıq edərək material sərfinə və xidmət xərclərinə nəzarət;
  • Monitorinq: Maliyyə göstəricilərinin mütəmadi monitorinqi və səmərəlilik təşəbbüslərinə dəstək verilməsi.

İş Şəraiti:

  • İş qrafiki: 5 günlük iş həftəsi (Həftədə 2 gün istirahət);
  • Əmək haqqı: Namizədin təcrübə və bacarıqlarına uyğun olaraq müsahibə əsasında təyin ediləcək

Tələblər

  • Təhsil: Maliyyə, İqtisadiyyat və ya İnşaat mühəndisliyi sahəsində ali təhsil;
  • Təcrübə: Tikinti sektorunda xərc nəzarəti (Cost Control) və ya büdcələmə sahəsində ən azı 3 il iş təcrübəsi;
  • Texniki Biliklər: Tikinti xərclərinə nəzarət, beynəlxalq büdcələmə standartları və prosesləri üzrə dərin biliklər;
  • Proqram Bilikləri: * MS Office (xüsusilə Excel – mürəkkəb formulalar və hesabatlar üçün) yüksək səviyyədə; AutoCAD proqramında layihə oxuma və analiz bacarığı;
  • Analitika: Güclü analitik təfəkkür, detallara qarşı diqqət və problem həll etmə bacarığı;
  • Dil Bilikləri: Azərbaycan dili (sərbəst), İngilis dili (arzuolunandır);
  • Yaş həddi: 33 – 55 yaş.

Müraciət etmək istəyən namizədlər öz CV-ni "CV göndər📤" düyməsindən istifadə edərək göndərə bilər.

 

Diqqət! İşə düzəltmək məqsədi ilə heç bir şəxs və ya qurum sizdən əvvəlcədən ödəniş tələb edə bilməz!  Dələduzluq hallarından qorunmaq üçün diqqətli olun.