AZCD Group QSC

Xərclərə nəzarət üzrə mütəxəssis

AZCD Group QSC
Ə/h razılaşma ilə
626
Tam iş günü
Bakı, Azərbaycan
07/04/2026 - 21/04/2026

İş haqqında məlumat

Xərclərə nəzarət üzrə mütəxəssis təşkilatın maliyyə resurslarından səmərəli istifadə olunmasını təmin etmək məqsədilə xərclərin planlaşdırılması, monitorinqi və təhlili ilə məşğul olur. Onun əsas vəzifəsi şirkətin büdcəsinə uyğun şəkildə xərclərin həyata keçirilməsinə nəzarət etmək, artıq və ya lazımsız xərclərin qarşısını almaq, eləcə də rəhbərliyi vaxtaşırı hesabatlarla təmin etməkdir.

Vəzifə öhdəlikləri:

  • Layihə büdcələrinin hazırlanmasında və yenilənməsində iştirak etmək
  • Planlaşdırılmış smeta ilə faktiki xərcləri müntəzəm müqayisə etmək
  • Xərc kənarlaşmaları (cost variance) analiz etmək və səbəblərini müəyyən etmək. Əgər varsa «lessen and learn» tətbiq edərək növbəti layihələrdə bu tipli səhvlərə yol verməmək
  • Layihənin aylıq və həftəlik xərc hesabatları təqdim etmək. 
  • Layihənin cash flow və büdcə icrasını izləmə
  • Podratçılarla müqavilə imzalanmamışdan əvvəl qiymət təkliflərini mövcüd büdcə ilə müqayisə edərək lazımı pozisyalarda endirim və ya düzəliş etmək üçün danışıqların aparılmasını təşkil etmək
  • Qiymət Müqayisə Cədvəlində funkisyonal səvhlərin aradan qaldırılmasınını təmin etmək və bazar qiymətləri ilə verilmiş qiymətlər toplusunda qarşılaşdırma edərək yekun maliye hesabatı etmək
  • Variation analiz elemək, 
  • CMI – (Change Order ) sənədlərini yoxlamaq və təşkil etmək prosesi 
  • Ehtiyac yarandıqda Tender Evaluation  cədvəlinin tətbiqi ilə tender iştirakçılarının qiymətləndirilməsini təmin etmək.
  • İPC və FPC lərin yoxlanılması 
  • Digər lazımı tapşırıqları yerinə yetirilməsi 

Əmək şəraiti:

  • Pozitiv və dəstəkləyici iş mühiti
  • İş qrafiki: Bazar ertəsi – Cümə günü (5 gün)
  • İş vaxtı: 09:00-18:00
  • Könüllü tibbi sığorta
  • Əmək haqqı işçinin təcrübə və bacarıqlarına uyğun olaraq tərəflər arasında razılaşdırılır

Tələblər

  • Ali təhsil (Maliyyə, Mühasibatlıq və ya İqtisadiyyat üzrə);
  • Azərbaycan dili zəruri, İngilis və ya Rus dili arzuolunandır;
  • Xərclərə nəzarət, maliyyə hesabatlılığı sahəsində nəzəri biliklər;
  • Tikinti və sahəsində minimum 1 il iş təcrübəsi vacibdir;
  • Məntiqi və analitik düşüncə;
  • 1C 8.3 proqramı ilə işləmə təcrübəsi; 
  • MS Office proqramları biliyi (xüsusilə Excel).

Müraciət etmək istəyən namizədlər öz CV-ni "CV göndər📤" düyməsindən istifadə edərək göndərə bilər.

 

Diqqət! İşə düzəltmək məqsədi ilə heç bir şəxs və ya qurum sizdən əvvəlcədən ödəniş tələb edə bilməz!  Dələduzluq hallarından qorunmaq üçün diqqətli olun.