Bakı,
Azərbaycan
13/04/2026
-
27/04/2026
İş haqqında məlumat
- Xərclərin məlumat bazasında (ERP sistemində) təqib edilməsi və yekun hesabatların hazırlanması;
- Xərclər ilə bağlı müxtəlif departamentlər və subpodratlarla əlaqələrin saxlanılması və məlumat mübadiləsinin təmin edilməsi;
- Tədarük edilən məhsullar/xidmətlərin dəyərinin müəyyən edilməsi;
- Xərclərin optimallaşdırılması və təkmilləşdirilməsi ilə bağlı təkliflərin hazırlanması;
- Xərclər ilə bağlı hesabatların tərtib edilməsi, düzgünlüyünə nəzarət edilməsi və müəyyən edilmiş standartlara uyğunluğunun təmin edilməsi;
- Məhsulun dəyəri barədə məlumatın ERP sisteminə daxil edilməsinə və məhsulun düzgün qiymətləndirilməsinə nəzarət;
- Faktiki xərclərin büdcə ilə müqayisəsi;
- Satın alınan və ya tədarük edilən məhsulların/xidmətlərin dəyərinin müəyyən edilməsi;
- Faktiki xərclərin büdcə ilə müqayisəsi, aradakı fərqlərin təhlili, araşdırılması və izahı;
- Proqnozlaşdırılan maliyyə hesabatlarının hazırlanması və hesabatların təhlili;
- Rəhbərlik tərəfindən verilən digər tapşırıqların yerinə yetirilməsi.
Əmək şəraiti:
- Həftədə 6 iş günü
- Nəqliyyat və nahar şirkət tərəfindən təmin edilir.
- İş yeri: Qaradağ rayonu, Sahil qəs.
- Əmək haqqı işçinin təcrübə və bacarıqlarına uyğun olaraq tərəflər arasında razılaşdırılır.
Tələblər
- Ali təhsil (Maliyyə, Mühasibatlıq və ya İqtisadiyyat üzrə);
- Azərbaycan dili zəruri, İngilis və ya Rus dili arzuolunandır;
- Xərclərə nəzarət, maliyyə hesabatlılığı sahəsində nəzəri biliklər;
- Nəqliyyat sahəsində minimum 1 il iş təcrübəsi vacibdir;
- Məntiqi və analitik düşüncə;
- 1C 8.3 proqramı ilə işləmə təcrübəsi;
- MS Office proqramları biliyi (xüsusilə Excel).
Müraciət etmək istəyən namizədlər öz CV-ni "CV göndər📤" düyməsindən istifadə edərək göndərə bilər.
Diqqət! İşə düzəltmək məqsədi ilə heç bir şəxs və ya qurum sizdən əvvəlcədən ödəniş tələb edə bilməz! Dələduzluq hallarından qorunmaq üçün diqqətli olun.